Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi


07.05.2025  17:20 

Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış





A+  A-

Keçmiş vəkil Elman Paşayev “marafon kraliçası” Yelena Blinovskayanın əri Alekseyə qarşı dələduzluq işi üzrə məhkəmə qarşısına çıxarılacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya Baş Prokurorluğundan məlumat verilib.

Moskva Şəhər Hərbi Prokurorluğu Paşayev işi üzrə ittiham aktını təsdiqləyib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayından may ayına qədər Aleksey Blinovskidən onun və həyat yoldaşının vergidən yayındığına görə cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərdiyi üçün 20,1 milyon rubl və 300 min ABŞ dolları alıb.

Paşayevin müdafiəsində Aleksey Blinovskini aldatmadığını, ona yaxşılıq etdiyini bildirib.

Paşayev daha bir dələduzluqda da ittiham olunur.

İstintaqın məlumatına görə, o, Petrozavodsk sakinini müqavilə əsasında hərbi xidmətə getməsinə köməklik edəcəyini vəd edərək, onu narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasına görə cinayət məsuliyyətindən azad etmək adı ilə 15 milyon rublunu aldatmağa cəhd edib.



Xəbər 763 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +