Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


26.07.2017  09:15 

İcra başçıları xanım müavinlərlə niyə vidalaşır?





A+  A-

Azərbaycanda rayon və şəhər icra hakimiyyətlərinə xanım müavinlərin təyinatına təxminən 2013-cü ildən başlanılıb. O zaman Prezident Administrasiyası hər bir rayon və şəhərdə icra başçısının müavinlərindən birinin qadın olması ilə bağlı göstəriş vermişdi.
Həmin göstəriş qısa zamanda demək olar ki, bütün ölkəboyu icra olundu. Bu, yerlərdə də müsbət qarşılanan hadisəyə çevrildi.

Amma son vaxtlar bəzi rayonlarda icra başçılarının xanım müavinlərinin vəzifədən uzaqlaşdırlması halları gerçəkləşməyə başlayıb.

Dünən media Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərovanın vəzifəsindən azad olunduğu barədə məlumat yayıb.

XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bir müddət öncə Bakının Sabunçu rayon İcra Hakimiyyətində də anoloji addım atılıb. Belə ki, icra başçısının xanım müavini Arzu Məmmədova tutduğu vəzifədən azad edilib.

Sabunçu rayon İcra Hakimiyyətindən xəbəri təsdiqləyiblər. Bildirilib ki, hələ ki keçmiş xanım müavininin yerinə təyinat yoxdur.

“Arzu Məmmədova hazırda Gənclər və İdman Nazirliyində yeni vəzifədə çalışır. Onun yerinə təyinat yoxdur. Yaxın vaxtlarda yeni təyinatla bağlı məlumat veriləcək”.

Kəlbəcər rayon İcra Hakimiyyətinin saytındakı məlumatlarda da xanım müavinin adına rast gəlmədik. Məlum oldu ki, bu qurumda edilən kadr dyişiklikləri nəticəsində icra başçısının xanım müavinini kişi müavin əvəzləyib.

Abşeron rayon İcra Hakimiyyətində də xanım müavin yoxdur. Doğrudur, bu rayonda icra başçısının özü qadındır. İcra başçısı İradə Gülməmmədova əvvəllər ictimai-siyasi və humanitar məsələlər üzrə müavin postunu tutub. O, icra baçısı təyin olunandan sonra xanım müavin götürməyib. Hazırda Abşeron rayon İcra Hakimiyyətində bütün müavinlər kişidir.

Xanım müavinlərin yola salınma hallarının digər bəzi rayonlarda da olduğu deyilir.

Xəbər 2491 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +