TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


17.11.2025  11:25 

İRANIN YENİ STRATEJİ KURSU: RAKET ALLAHDIR





A+  A-

Son günlərdə İranda bütün rəsmilər raketin hər şeydən – diplomatiyadan, siyasətdən, idarəçilikdən, əhalinin ehtiyaclarının ödənilməsindən – daha üstün olduğunu vurğulayırlar. Sanki bu, xüsusi fətva və ya göstəriş kimi qəbul olunur. Bəllidir ki, belə göstərişlər ali rəhbərin adından verilir və ona təqdim olunan məlumatlar məhz bu qənaəti formalaşdırır.

İranın xarici işlər naziri A. Əraqçı artıq üçüncü dəfədir ki, “raket diplomatiyadan üstündür” bəyanatını səsləndirir. Məsələ o qədər aydındır ki, İranda diplomatiyanın özü yoxdur: diplomatlar isə yalnız raketin başına fırlanıb, onun dediklərini insan dilinə çevirməklə məşğuldurlar.

İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri, ali rəhbərin xüsusi müşaviri Ə.Laricani də son çıxışlarında raketin hər cür danışıqlardan üstün olduğunu qeyd edib. Hələlik onun bu mövzuya yeni əlavəsi yoxdur. M.Pezeşkian isə raketi “Allah səviyyəsinə” qaldırdı, onun da mövzuya əlavə edəcəyi yenilik görünmür.

Görünür, İranda raketlə “danışıq” qabiliyyəti yalnız A. Əraqçı və onun yaxın çevrəsinə məxsusdur. Ali rəhbərin müşavirləri isə dəmirin, raketin dilini anlaya bilmirlər. Çünki onların fəaliyyət dövründə işlədilən silahların mahiyyəti başqaydı – o zaman terror və diplomatiya əsas alətlər idi, raket isə bugünkü qədər mərkəzi yer tutmurdu.

“Raket Allahdır” şüarı İranın illərlə yürüdüyü qoyun-quzu siyasətinin növbəti nəticəsi kimi görünür. Azərbaycanda keçirilən Qüdrət paradının bu işdə oynadığı rolu İran yaxşı bilir, ancaq açıqlamır. Üstəlik, bu siyasətin Azərbaycanda həm azərbaycanlılara, həm də rus icmasına “qoyun-quzu yanaşması” formasında təqdim edilməsindən sonra aktivləşdirilməsi də diqqəti çəkir. Belə nəticə çıxır ki, Azərbaycan ərazisi İran üçün həm yerli azərbaycanlılara, həm də burada yaşayan digər xalqlara qarşı sınaq meydanına çevrilib.

İranda yağış müsəllası işə yaramadı. “Allah İranı eşitmir” formulunu gündəmə gətirməzdən əvvəl, İranın qoyun-quzu siyasətçilərinə Ermənistan ərazisində təcrübə aparmağı tövsiyə etmək olar. Çünki buludlar İrana yaxınlaşa bilmir: Ermənistan ərazisində quraşdırılan buludqovan aparatları buna imkan vermir. Bu avadanlıqlar qoyulandan bəri İranda yağışların yoxa çıxması müşahidə olunur. Bəlkə də həmin aparatları ABŞ və ya İsrail mütəxəssisləri yeniləyir və sair. İranın qoyun-quzu siyasətçiləri indi bu məsələyə də baş salsınlar.

İranın “azərbaycanlı siyasəti” tarix boyu xeyli hadisələrə səbəb olub. Görünür, həmin proseslər yenidən geri qayıdır. ABŞ prezidenti D. Trampın qarşısını aldığı müharibələrin sayı artıq xeyli olub, indi isə bu rəqəm 8-ə çatdırılıb. Ancaq görülən odur ki, bu say artmalıdır; dünyada 3-4 yeni münaqişə ocağının formalaşdırılması istiqamətində addımlar atılır. İranın da “raketdən başqa dünyada məbud yoxdur” şüarı bu mənzərədə böyük dövlətlərin diqqətini daha çox çəkə bilər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 870 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +