TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


17.11.2025  11:20 

Təyyarə niyə 3 yerə bölünüb? - YENİ DETALLAR





A+  A-

Azərbaycandan Türkiyəyə uçan “C-130” yük təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni məlumatlar açıqlanıb.

XəzərNews.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin "Hurriyet" qəzetinin köşə yazarı Uğur Cebeci bildirib.

Onun sözlərinə görə, Gürcüstan hava məkanında 22 min fut (təxminən 7 333 metr) hündürlüyə qalxan təyyarə düzxətli uçuşa keçib. Lakin həmin anda qəza baş verib. İlk təhlillərə görə, dörd mühərrikli “C-130”-un dördüncü mühərriki sıradan çıxıb. Bu zaman təyyarənin ani yüksəlişi başlayıb.

Daha sonra ikinci mühərrikdə yağ təzyiqi problemi yaranıb və həddindən artıq sürət yığan hava gəmisində rezonans nəticəsində mühərrik gövdədən ayrılıb. Mühərrikdən ayrılan hissələr elevatora çırpılaraq təyyarəni çevirib. Burun hissənin qəfil aşağı düşməsi nəticəsində təyyarənin quyruğu qopub. İkinci mühərrikin pərləri təyyarənin qalan hissəsini iki yerə bölüb – pilot kabinəsi gövdədən ayırıb.

Nəticədə, təyyarə kabinə, orta gövdə və quyruq olmaqla üç əsas hissəyə parçalanıb və qalıqlar geniş əraziyə yayılıb.

Pilotlar ani baş verən hadisəni idarə edə, hətta həyəcan çağırışı verə bilməyiblər.

Qəzanın dəqiq səbəbi isə təyyarənin “Qara qutusu” və digər elektron uçuş qeydləri araşdırıldıqdan sonra açıqlanacaq. Təyyarənin istehsal edən şirkət – “Lockheed Martin” tərəfindən də qəzanın simulyasiyası aparılacaq və parçalanma prosesinin səbəbləri araşdırılacaq.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə qayıdan C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb və 20 hərbçi həlak olub.

Xəbər 228 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +