İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


28.10.2025  13:40 

Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?





A+  A-

Uzun müddət danışıqlar aparırdıq ki, Qazaxıstandan buğda əldə etmək imkanı olsun, amma bu kifayət qədər bahaydı - 280 dollar və daha çox, çünki nəqliyyat xərcləri çox böyük idi. Yeni dəhliz vasitəsilə isə qiymət xeyli ucuzlaşır.

XəzərNews.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Nazir deyib ki, yeni dəhliz vasitəsilə yol xərci ucuzlaşır, bunun üçün iki yol var idi - Aktau-Ənzəli (İran) və Aktau-Bakı (Azərbaycan):

“Ənzəli çox daha uzaqdır. Əvvəlcə dənizlə Ənzəliyə, sonra quru yolu ilə İran ərazisindən keçərək Mehriyə çatır, Mehridən də İrəvana. Təxminən bizim Sünik vilayətimiz kimi, İranın həmin hissəsi də dağlıq, mürəkkəb relyefə malikdir və əlaqə çətindir. Azərbaycanın ərazisi vasitəsilə isə dəmir yolu var və yol çox daha qısadır.

Hesab edirəm ki, Qazax-İcevan dəmir yolu da olarsa, bu zaman nəqliyyat əlaqəsinin cəlbediciliyi daha da artacaq. Əgər diqqət etsəniz, Rusiya da bildirib ki, bu yol onun üçün də açıqdır və bu da maraqlıdır. Nəticədə, Ermənistana Rusiyadan olan ənənəvi 1 yolumuz 2-yə çevrilir”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Bundan sonra Ermənistanın Qazaxıstandan aldığı taxılın Azərbaycan vasitəsilə daşınacağı bəyan edilib.

Xəbər 177 dəfə oxunub.



28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +