Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı
Teymur Musayevə ağır itki üz verib
Prezident üç fərman imzaladı
Qəzənfər Ağayev hər il bu şirkətə yol təmir etdirir
Səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur...-Nazir
Ağac avtomobilin üzərinə aşdı -VİDEO
Daha bir şadlıq evində yoxlamalar aparılıb -FOTO
Homoseksual öz əmisi tərəfindən qətlə yetirildi
Almaniya bu ölkənin vətəndaşlarını ölkəsinə buraxmır


06.11.2025  11:52 

Eldar Əzizov irad bildirmişdi, vəzifəsindən azad olundu





A+  A-

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikov vəzifəsindən azad olunub.

XəzərNews.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə departamentin sədri Rəfail Mehralıyev əmr imzalayıb.

F.Məlikov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsində azad edilib. pizza mizza

Hələlik Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi vəzifəsinə yeni təyinat olmayıb. Bu vəzifənin icrası trestin baş mühəndisi Sabir Həsənova həvalə edilib.

Qeyd edək ki, oktyabrın 30-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib.

Bakı meri Eldar Əzizov Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikova ciddi iradlarını bildirib.

Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəisinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılmışdı.

Xəbər 212 dəfə oxunub.




06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı

06.11.2025  12:06 

Əhaliyə xəbərdarlıq: Sabah...

06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək


BÜTÜN XƏBƏRLƏR +