AFFA “Neftçi“ klubunu cərimələyib
Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır -Prezident
“İmamoğlu işi“: Tanınmış jurnalistlər saxlanıldı
Təhsil müdirinə şiddətli töhmət verildi
Ermənilərin “torpaq oğrusu xofu”: Paşinyanın qaçış strategiyası
Əhaliyə xəbərdarlıq: Sabah...
Bu ölkədən xeyli irəlidəyik, kriptonu düzgün inkişaf etdirməsək...-Tramp
“Bu işgəncəyə son verin” - 142 nömrəli marşrutdan ŞİKAYƏT
Eldar Əzizov irad bildirmişdi, vəzifəsindən azad olundu
Bu şəxslər cərimələnəcək


05.11.2025  13:35 

Natiq Cəfərli Gömrük Komitəsini sərt tənqid etdi: Vətəndaşı ağılsız saymayın





A+  A-

İqtisadçı Natiq Cəfərli Gömrük Komitəsinin sədri Şahin Bağırovun elektromobillərlə bağlı açıqlamasını sərt tənqid edib.

XəzərNews.az xəbər verir ki, N.Cəfərli sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, belə izahlar həm məntiqsizdir, həm də ictimaiyyətə hörmətsizlikdir.

“Hörmətli nazirlər, məmurlar, hökumət üzvləri, lütfən, açıqlama verərkən bizim məntiqimizlə oynamayın, vətəndaşı ağılsız saymayın. Vəziyyətiniz çətin ola bilər, amma heç olmasa cəmiyyətə hörmət edin, ağa-qara deməyin”, – deyə N.Cəfərli yazıb.

“Gömrük Komitəsinin sədri Şahin Bağırovun sözlərinə görə, 2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 1700 elektromobil idxal edilib. Onun fikrincə, bu rəqəm azdır və ƏDV-nin (əlavə dəyər vergisinin) tətbiqi yerli elektrik avtomobil istehsalına “müsbət təsir” göstərəcək”, -deyən N.Cəfərli bu arqumenti “fantastik məntiq” adlandırıb və qeyd edib ki, qiymətlərin 18–20 faiz bahalaşması elektromobillərə olan marağı daha da azaldacaq:

“Əgər dövlətin məqsədi marağı artırmaq və ekoloji təmiz nəqliyyatı təşviq etməkdirsə, ƏDV-nin ləğvi və əlavə stimullar lazımdır. Avropa ölkələrində bu sahəyə marağı artırmaq üçün vətəndaşlara güzəştlər, hətta birbaşa maliyyə dəstəyi verilir”, – deyə o bildirib.

İqtisadçı əlavə edib ki, Azərbaycanın hələ elektromobil, hətta batareya istehsal etmədiyi bir şəraitdə “yerli istehsalı stimullaşdırmaq” arqumenti inandırıcı deyil.

N.Cəfərli həmçinin Gömrük Komitəsinin ayrıca dövlət qurumu kimi mövcud olmasının iqtisadiyyata mənfi təsir göstərdiyini vurğulayıb:

“Gömrük Komitəsi ayrıca qurum kimi qalmaqla iqtisadiyyata zərər vurur. Bu qurum ləğv edilməli, Maliyyə və ya İqtisadiyyat Nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərməlidir. Rusiyadan gətirilmiş hərbiləşdirilmiş sistem kökündən dəyişməlidir”, – deyə o qeyd edib.

Xəbər 921 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.11.2025  12:06 

Əhaliyə xəbərdarlıq: Sabah...

06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək

06.11.2025  11:17 

Unutmayacağımız gecə...

05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu


BÜTÜN XƏBƏRLƏR +