İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


28.09.2022  08:15 

Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb





A+  A-

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sallivan özünün tviter hesabında yazıb.

“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanın birbaşa və konstruktiv danışıqlar aparması üçün ev sahibliyi etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının və vaxt məhdudiyyətli, məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, - Ceyk Sallivan qeyd edib.

Xəbər 5869 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +