İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


29.09.2025  17:04 

Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb





A+  A-

Moldovada sentyabrın 28-də keçirilən parlament seçkilərinin səsvermə nəticələrinin hesablanması başa çatıb. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə iki blok və üç partiya parlamentə düşüb.

XəzərNews.az xəbər verir ki, lider mövqedə prezident Maia Sandunun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyası (PAS) 50,2% səslə qərarlaşıb. İkinci yerdə isə Vətənpərvərlər Bloku 24,17% nəticə ilə dayanıb. Alternativ blok 7,96%, Bizim Partiya 6,2%, Evdə Demokratiya partiyası isə 5,62% səs toplayaraq parlamentə keçib.

Prezident Maia Sandu seçkilərlə bağlı açıqlamasında ölkə vətəndaşlarının Avropa yolunu seçdiyini vurğulayıb:

“Moskvanın bütün müdaxilələrinə baxmayaraq, moldovalılar Moldova üçün qərar verdilər. Avropa yolumuz təhlükəsizdir. Gələcək hökumət hər bir vətəndaşa eyni qayğı ilə xidmət etməlidir”.

Qeyd edək ki, Moldovanın 101 yerlik parlamentinə seçkilər ilk dəfə yeni Seçki Məcəlləsinə əsasən keçirilib.

Xəbər 2062 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +