İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


14.05.2021  09:23 

Bu ölkələr hələ də vaksin ala bilmir





A+  A-

Zəngin ölkələrin koronavirusa qarşı vaksin ehtiyatları olsa da, yoxsul ölkələrin bir çoxu hələ də öz vətəndaşlarını immunlaşdırma kampaniyasına başlaya bilmirlər.
XəzərNews.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı əksəriyyəti Afrika qitəsində yerləşən ondan çox ölkənin hələ də COVID-19 virusuna qarşı vaksinləri gözlədiyini bəyan edib. Çad, Burkina Faso, Burundi, Eritreya və Tanzaniya vaksin almaq üçün növbə gözləyir. ÜST qeyd edir ki, vaksin çatışmazlığı və onların çatdırılmasında gecikmələr Afrika ölkələrinin koronavirusa qarşı vaksinləmə prosesində dünyanın qalan hissəsindən daha çox geri qalmasına gətirib çıxarır. Hazırda dünyada tətbiq olunan vaksinlərin yalnız 1 faizi Afrika qitəsinin payına düşür.

ÜST-nin məlumatlarına görə, Qərb yarımkürəsinin 11 milyondan çox əhalisi olan ən yoxsul ölkəsi Haitidə bir nəfər də olsun peyvənd olunmayıb. Halbuki, Haiti COVAX platforması vasitəsilə 756 min doza “AstraZeneca” vaksini almalı idi. Lakin hökumət rəsmiləri ölkədə vaksinlərin saxlanması üçün heç bir infrastrukturun olmamasını əsas götürərək həmin immunizatorlardan imtina etmək məcburiyyətində qalıb.

300 min əhalisi olan Vanuatuda koronavirusa yoluxma halı yalnız üç nəfərdə qeydə alınıb. Bu ölkəyə “AstraZeneca” vaksinin ilk dozalarının bu ayın sonunda çatdırılacağı gözlənilir.

Xəbər 3485 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +