İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


26.10.2020  09:06 

Fransa səfirinin geri çağırılmasına Ankaradan reaksiya





A+  A-

Fransa Ankaradakı səfirini geri çağırmaqla Türkiyə ilə münasibətlərində gərginliyin artmasına səbəb olub.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən bildirir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Nazirlikdən bildiriblər ki, Fransa Türkiyə ilə ikitərəfli münasibətlərdə “birtərəfli və eqosentrik” yanaşmanı davam etdirir.

XİN-də Türkiyənin terrorizm və zorakılığın bütün növləri ilə mübarizə apardığı vurğulanıb, fransız müəllim Samuel Patinin öldürülməsindən təəssüfləndiklərini bildiriblər.

Bununla yanaşı, Türkiyənin xarici siyasət idarəsində bildirilib ki, uzun illər türk müəllimlərinin PKK terrorçuları tərəfindən qətlə yetirilməsi ilə bağlı Fransanın heç zaman heç bir bəyanatı olmayıb.

XİN-də onu da əlavə ediblər ki, bu yaxınlarda ölkənin dövlət qurumlarının binalarında müsəlmanları təhqir edən karikaturaların nümayiş etdirilməsi ilə bağlı Fransa hökuməti tərəfindən hər hansı reaksiya olmayıb.



Xəbər 3395 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +