Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır
2 milyon 464 min manat rüşvət almışdı...


20.11.2025  16:56 

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı





A+  A-

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

XəzərNews.az xəbər verir ki, Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Xəbər 426 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +