Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır
2 milyon 464 min manat rüşvət almışdı...
MedAura“da komaya düşən qıza baxmırlar?


19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu





A+  A-

Ağsu rayonunun Çaparlı bələdiyyəsinin sabiq sədrinə hökm oxunub.

XəzərNews.az xəbər verir ki, 1995-ci ildə Ağsu rayonu, Çaparlı kəndində anadan olmuş Asif Rüstəmov barəsində Cinayət Məcəlləsinin 309.1-ci maddəsi (Vəzifə səlahiyyətlərini aşma) ilə açılan cinayət işinə məhkəmə baxılıb.

28 aprel 2020-ci il tarixdə Çaparlı bələdiyyəsinə sədr seçildikdən sonra Asif Rüstəmov vahid hüquqi prosedur qaydalarını pozaraq bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılıb. O, ümumilikdə bələdiyyə büdcəsinə 13781 manat və 12681 manat məbləğdə vəsaiti zərər vurub. O, 2023-cü ildə sədri olduğu Çaparlı bələdiyyəsi birləşdirildikdən sonra Ərəbuşağı bələdiyyəsinin sədr müavini seçilib və bu əməlini ört-bastır edib.

Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini və dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmənin hökmü ilə Asif Rüstəmov 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3000 manat məbləğində cərimə edilib.


Xəbər 1585 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +