Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


21.11.2025  12:27 

“Bank Respublika”da nə baş verir?





A+  A-

Mətbuatda tez-tez Mərkəzi Bankın sabiq sədri “Elman Rüstəmovun bankı” kimi təqdim olunan “Bank Respublika”nın 2025-ci ilin ilk doqquz ayı üzrə maliyyə hesabatı açıqalnıb.

Hesabatdan və göstəricilərin ötən ilki dövrlə müqayisəsindən bankın ciddi problemlərinin olduğu qənaəti yaranır.

Belə ki, hesabata görə, bankın vaxtı keçmiş problemli kreditləri ötən ilin müvafiq dövrü ilə müqayisədə birdən-birə iki dəfə artıb. 2025-ci ilin 9 ayına görə vaxtı keçmiş kreditlərin həcmi 19 milyon 667,26 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Qeyd edək ki, adətən banklar hər zaman problemli kreditlərin həcmini rəsmi hesabatlarında real göstəricidən xeyli aşağı göstərməyə çalışırlar. Çünki məhz problemli kreditlərin çoxluğu istənilən bankın tənəzzülünün, böhranının ilkin, əsas əlaməti sayılır. Əgər belədirsə, sözügedən bankda hətta rəsmi hesabata görə belə problemli kreditlərin kəskin şəkildə, sürətlə artması təhlükəli tendensiya kimi görünür. Bu, həmçinin bankın kredit siyasətinin qüsurlu olduğu və özünü doğrultmadığı qənaəti yaradır.

Görünür, bu siyasətin nəticəsidir ki, bankın faiz xərcləri də sürətlə artır. Belə ki, 2025-ci ilin 3 rübündə bank 90 milyon 839 min manat faiz ödənişi həyata keçirib. Bu, ötən illə müqayisədə 43,76% çoxdur. Xüsusilə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 3 dəfə artaraq 46 milyon 214 min manata çatıb. Bu, bankın maliyyə yükünün və borclarının kəskin artdığını göstərir. Özü də maraqlıdır ki, bütün bunlar bankdan ciddi əmanət axını fonunda baş verir. Belə ki, ilk 9 ayda fiziki şəxslərin bankdakı əmanətləri kəskin azalıb, bankdan xeyli vəsait çıxarılıb.

2024-cü ilin müvafiq dövründə fiziki şəxslərin yerləşdirdiyi depozitlərin həcmi 649 milyon 867 min manat olduğu halda, 2025-ci ilin eyni dövründə bu göstərici 50 milyon manata yaxın - 47.4 milon manat azalaraq, 602 milyon 476,18 min manat təşkil edib. Bu, 7,3% azalma deməkdir.

Yəni, bir yandan banka cəlb edilən əmanətlərin məbləği azalır, digər yandan əmanət faizlərinə görə ödənilən məbləğ artır. Bu isə əlbəttə ki, ürəkaçan mənzərə sayıla bilməz. Özü də əmanətlərin azalması təkcə fiziki şəxslərlə bağlı deyil. Bankın nağd pul vəsaitləri də əhəmiyyətli şəkildə azalıb. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 175 milyon 432,19 min manat və ya 32,2% azalaraq 368 milyon 841,63 min manat təşkil edib. Əvəzində, bankın ümumi öhdəlikləri - borcları ötən ilin sonu ilə müqayisədə 25,74% artaraq 2 milyard 487 milyon manata çatıb. Bu artım əsasən kredit təşkilatları və digər maliyyə institutları qarşısında yaranan borclar hesabına baş verib. Belə ki, bu öhdəliklər 2024-cü ildə 520 milyon 649,73 min manat olduğu halda, 2025-ci ildə 864 milyon manata çatıb. Bu da 343 milyon manat və ya təxminən 66% artım deməkdir. Bu da bankın maliyyə vəziyyəti və öhdəlikləri barədə müəyyən nəticələr çıxarmağa əsas verir…

Xatırladaq ki, bu bankla bağlı Elman Rüstəmovun adı hallandırılsa da, rəsmən “Bank Respublika”nın əsas səhmdarları iş adamı Natiq Quliyev və onun ailə üzvləridir./“AzPolitika”

Xəbər 137 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +