“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


11.08.2017  10:49 

Velosipedçini vurub öldürən sürücü həbs edildi





A+  A-

Avqustun 8-də saat 22:20 radələrində Bakı dairəvi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Quliyev Nicat Nizam oğlu idarə etdiyi “KiaCadenza” markalı 10-XZ-040 dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət edən velosipedçi 1992-ci il təvəllüdlü Abdullayev Akif Azər oğlunu və 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızını vurduqdan sonra Bəylərov Ceyhun Valeh oğlunun idarə etdiyi “BMW” markalı 90-KX-473 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq dayanıb.
A.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, F.Rəhimova müxtəlifbədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.
XəzərNews.az-ın xəbərinə görə, bu haqda Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilib.

Fakta görə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və cinayəti törətməkdə şübhəli bilinən Nicat Quliyev avqustun 9-da tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

N.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 3350 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +