28.10.2025 10:54
Vaqif İbrahimov tiklilərin sənədləşdirilməsinə niyə mane olur?
Ölkədə qanunsuz tiklilərin sənədləşdirilməsi prosesi başlayıb.
Bu məqsədlə tikili sahibləri müxtəlif dövlət orqanlarından rəy almalıdırlar.
Məlumata görə, vətəndaşlara bu prosesdə ən böyük brokratik problem yaradan qurumların başında isə Fövqələdə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin durduğu iddia olunur:
"Mövzuya keçmədən qeyd edək ki, FHN-nin tabeliyində olan Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Göründüyü kimi, az qala Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı və rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərini də "qucaqlamış" bu xidmət rəhbərliyi bu gün digər qurumların rəy və verdiyi sənədlərə məhəl qoymadan öz "şərtləri"ni diqtə edir. Təsəvvvür edin ki, sənədsiz tiklilərə sənəd verilməsi bu xidmətin rəyi olmadan mümkün deyil. Daha dəqiqi, bu xidmətin rəisi Vaqif İbrahimovun mütləq səlahiyyət verdiyi şöbə müdiri var, Azadin rəyi olmadan tiklini sənədləşdirmək olmur. Bu isə o Azaddır ki, hər şeyi "bişirib-düşürüb", hazır kökə şəkilində rəisi, polkovnik Vaqif İbrahimova təqdim edir. Vaqif İbrahimov isə yalnz imza atmaqla, işini bitmiş sayır. Ancaq necə?! O sənəd hansı "doğanaq"dan və necə keçir, bax, müvafiq dövlət qurumları bunu araşdırmalı, bu prosesi nəzarətdə saxlamalıdır".
Məlumatda o da deyilir ki, tikli sahibi ilə bütün söhbətləri aparan Azad da təsadüfi adam deyil: "O, Qəbələdən - nazir Kəmaləddin Heydərovun "ikinci vətəni"ndən ta Bakıya, özü də belə bir mötəbər qurumun "kilid postu"na gətirilib. Bu, maraqlı və maraqlı olduğu qədər təəccüblü sual yaratmırmı?! K.Heydərovun bu Azada bu qədər etimadı təsadüfdürmü?! Hər halda Kəmaləddin Heydərovun bu xidmətdən rəy alınması prosesini ciddi nəzarət götürməsində fayda var..."./Mia.az
Qeyd edək ki, Vaqif İbrahimov bu ilin avqust ayında vəzifəsindən azad edilən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğludur. Yeni rəis son vəzifəsinə qədər Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini olub. O, həmçinin Dövlət Gömrük Komitəsində də yüksək vəzifələr tutub.
Xəbər 230 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|