15 yaşlı qızın nişanlanmasının qarşısı alınıb
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı
İsraildə yaşayan azərbaycanlı İrana casusluq edib?
Rusiya SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub
Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü


15.08.2025  12:48 

Avtobuslarda ilkin tibbi yardım çantası var, amma ürəyi sıxılanı su ilə ayıldırlar





A+  A-

Gün ərzində avtobuslardan xeyli insan istifadə etsə də bir çoxlarının ilkin tibbi yardım çantasından xəbəri yoxdur.

XəzərNews.az "AZTV"-yə istinadla xəbər verir ki, sərnişinlər bildiriblər ki, kiminsə halı pisləşəndə su ilə ayıldırlar.

"BAKU BUS" MMC-nin mətbuat katibi Əsmər Əliyeva hər ay tibbi yardım çantalarının yoxlanıldığını, həmçinin sürücülərin işə qəbulu zamanı tibbi yardım təlimlərindən keçdiklərini bildirib:

"Hər bir sürücü ayda bir dəfə mütəmadi olaraq, tibbi çantalarının yoxlanılması prosesində yaxından iştirak edir. Bu sürücülər üçün vacibdir. Bu həm sərnişinlərin təhlükəsizliyi, həm də rahatlığı baxımından vacibdir".

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib ki, istənilən növ nəqliyyat vasitələrində ilkin tibbi yardım çantasının olması vacibdir:

"Əks halda həmin sürücülər barəsində qanuna müvafiq tədbirlər görüləcəkdir".

Daha ətraflı video-materialda:



Xəbər 1007 dəfə oxunub.



18.08.2025  10:20 

Zelenski Vaşinqton səfərindədir

16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +