“Napoli”- “Qarabağ” oyununu bu hakim idarə edəcək
Nazirin duruşu müzakirə yaratdı: Penitensiar Xidmətin açılış fotosu...
Keçmiş nazir Kiprdə hücuma məruz qalıb
Polşa “sülh planı”nda iştirak etməyə hazırdır
Zelenski dilemma qarşısında - Nə etməli?
Mingəçevirdəki qətllə bağlı... - Açıqlama
Keçmiş sevgilisinin dostu ilə birlikdə!
“Monqol quzusu – 12.99” - Marketlər bu əti niyə sevir?
Sabah hava yağmursuz keçəcək
Goranboyda yaşayış binasının döşəməsi çöküb


23.11.2025  14:03 

“Monqol quzusu – 12.99” - Marketlər bu əti niyə sevir?





A+  A-

Azərbaycanın ət bazarında son aylarda qəribə mənzərə yaşanır. Marketlərin ət vitrinlərinə yaxınlaşanda alıcıların ən çox baxdığı, amma eyni dərəcədə tərəddüdlə yanaşdığı məhsul artıq yerli mal deyil. “Monqol quzusu – 12.99”, “Braziliya əti – 17.99” kimi etiketlər demək olar ki, bütün iri supermarketlərdə gözə dəyir.

Ucuz qiymət adamı cəlb etsə də, alıcıların böyük qismi tərəddüd edib geri çəkilir. Satıcılar da bunu gizlətmir: əsas alıcılar adi vətəndaşlar yox, restoranlar və iaşə obyektləridir.

Market işçiləri ilə söhbətdən məlum olur ki, Monqolustan mənşəli ətin əsas alıcıları məhz şadlıq evləri, kababxanalar, restoranlar və gündəlik iri həcmli ət alan obyektlərdir. Onların da məqsədi aydındır – maya dəyərini aşağı salmaq.

Ekspertlər deyir ki, monqol ətinin bazara girməsinin bir nömrəli səbəbi yerli ət istehsalının ölkə tələbatını tam ödəməməsidir.

Kəndlilər yemin bahalığından, xərclərin çoxalmasından və otlaqların yoxluğundan şikayətlənir. Bu şərtlərdə yerli quzu ətinin 22–23 manata satılması labüddür. Nəticədə ucuz idxal ətinə qapı geniş açılır və bazarın balansı dəyişir.

Ötən il Azərbaycana idxal olunan ətin həcmi 41 faiz artıb. Bunun böyük bir hissəsi Monqolustan və Braziliyadan gələn ətlərdir.

Dadına gəlincə… Monqol əti ilə bağlı fikirlər birmənalı deyil. Restoran kababçılarından biri deyir:

“Kabab üçün pis deyil, qiyməti də sərf edir. Amma tam yerli quzu dadı yoxdur”.

Marketdə alış-veriş edən alıcılar da tərəddüd edirlər.

“Qiyməti ucuzdur, amma nə bilim… Dadı ağırdır. Bir dəfə aldım, bir də almaram”, - deyə alıcılardan biri bildirir.

Onun sözlərinə görə, yerli quzunun dadını vermir, özünün spesifik iyi var.

Ümumi müşahidə göstərir ki, qiymətinin ucuzluğuna baxmayaraq, əksər vətəndaş dadına güvənmədiyi üçün bu ətə yaxın getmir.

Buna baxmayaraq, restoran sektoru üçün bu ət artıq gündəlik xammala çevrilmək üzrədir.

Monqolustanın heyvandarlıq potensialı Azərbaycanla müqayisədə qat-qat genişdir. Kənd təsərrüfatı ucuz başa gəlir, heyvan yeminin qiyməti aşağıdır. Əmək xərcləri demək olar ki, Azərbaycandakı kimi yüksək deyil. Nəticədə maya dəyəri az olur və ət bazara 12–14 manat civarında çata bilir.

Marketlər bu əti niyə sevir?

Çünki satış həcmini artırır. Ucuz məhsul qiymət siyahısını “rəngarəng” göstərir, alıcının diqqətini çəkir. Satıcıların sözlərinə görə, monqol əti göstərici olaraq vitrində saxlanılır – əsas satış isə qutu-qutu restoranlara gedir.

Keyfiyyət nəzarəti necə aparılır?

AQTA bildirir ki, bütün idxal ətləri ölkəyə daxil olanda baxışdan keçirilir, nümunələr laboratoriyaya verilir və yalnız təmiz çıxanda dövriyyəyə buraxılır.

Hazır mənzərə göstərir ki, monqol əti Azərbaycan ət bazarında artıq ciddi iştirakçıya çevrilib. Vətəndaş tərəddüd edir, amma restoran sektoru bu ətə tam alışıb. Yerli istehsal isə idxal axınının gücü qarşısında çətinlik çəkməkdədir.

Təklif çoxaldıqca ucuz ətlərin bazarda çəkisi artacaq, bu isə gələcəkdə yerli heyvandarlığın inkişafı ilə bağlı kəskin müzakirələr doğuracaq.

Ucuza ət lazımdırsa, idxal qaçılmazdır. Dadına güvənən isə azdır.

Bazar artıq seçimini edib – ucuz monqol əti gəlir və qalır.

Şahanə Rəhimli
Musavat.com


Xəbər 137 dəfə oxunub.




23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu


BÜTÜN XƏBƏRLƏR +