TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


17.11.2025  17:55 

Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir





A+  A-

Məktəbəqədər təhsil müəssisələrində məmnunluğun qiymətləndirilməsi üzrə sorğunun keçirilməsi​ üçün 107 min manat ödəniləcəyi ilə bağlı iddialar yayılıb.

XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirib.

Nazir qeyd edib ki, tenderin nəticəsi sonradan məlum olacaq: “İndi yalnız ehtimal olunan qiymət göstərilir. Tender yekunlaşanda görəcəksiniz ki, faktiki məbləğ bundan daha aşağı olacaq. Belə olan halda keçirilməmiş bir sorğuya necə reaksiya verə bilərəm? Sorğunun aparılması barədə hər hansı proses də olmayıb.

Bəs biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr, ayırmamışıq. Amma bu məbləğ 100 min manat ola bilərmi? Bəli, ola bilər. Sorğu keçirmək üçün 200 min və ya 300 min manat vəsait də xərcləmək mümkündür. Baxır, sən hansı sorğunu keçirirsən. Bunun detallarını görmədən fikir bildirmək ayıbdır. Niyə? Çünki sorğu keçirmək üçün əvvəlcə aprobasiyanı aparmalı, təsadüfi seçimi həyata keçirməli, anketi hazırlamalı, mütəxəssislərin əməyini ödəməli və onların regionlara səfərini təmin etməlisiniz. Sorğunu keçirən şəxs regionlara gedib məlumat toplamalıdır”.

Xəbər 290 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +