Rusiya yüzlərlə ton qızıl satır - SƏBƏB?
Avropa Komissiyası Yermakın evindəki axtarışı dəstəklədi
Dayə çalışdığı evdən 60 min manatlıq qızıl oğurladı
Neftçalada 1,1 milyonluq tenderi qazanan şirkət kimindir?
Dekabr ayı qarlı, yağışlı, şaxtalı olacaq
Elçin Quliyev müavinini vitse-prezident qoydu
“Baksol yolu“nda yanğın başlayıb
Hikmət Hacıyev NATO Baş Qərargahını ziyarət edib
Ata Abdullayev azadlığa çıxmaq istədi, amma...
AYNA-ya yeni səlahiyyət verildi


07.04.2018  11:56 

İnterpolun axtardığı şəxslər Azərbaycan sərhədində tutulub





A+  A-

Dövlət Sərhəd Xidməti tərəfi 2018-ci ilin birinci 3 ayı ərzindəki fəaliyyəti ilə bağlı statistik rəqəmləri açıqlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu müddət ərzində İnterpolun axtarışında olan, həmçinin Azərbaycan hüquq - mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunan 1344 şəxs dövlət sərhədindən buraxılış məntəqələrində müəyyən edilərək saxlanılıb.

Dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edən 76 nəfər saxlanılıb, onlardan 29 nəfəri Azərbaycan vətəndaşı olub. 47 nəfər əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan ərazisinə gəlmə və ölkə ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınıb, gəlişinin məqsədini izah edə bilməyən 101 nəfər əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimal edilərək arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxılmayıb.

Belə ki, qeyd olunan dövr ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 29 nəfər əcnəbinin, o cümlədən 17 nəfər Özbəkistan vətəndaşı, 3 nəfər Tacikistan vətəndaşı, 2 nəfər İİR vətəndaşı, 2 nəfər Qırğızıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nəfər Konqo vətəndaşı, 1 nəfər İordaniya vətəndaşı, 1 nəfər RF vətəndaşının sərhədkeçmə sənədlərinin saxta olması müəyyən edilib.

Azərbaycan ərazisindən tranzit istifadə etməklə saxta viza və yaşamaq barədə vəsiqələrlə Avropaya səfər etməyə cəhd edən 18 nəfər əcnəbi, o cümlədən 8 nəfər Şri-Lanka, 3 nəfər Pakistan, 2 nəfər İİR, 2 nəfər İraq, 2 nəfər Hindistan, 1 nəfər Konqo vətəndaşı saxlanılıb.

Bu müddət ərzində ölkəyə gəlmək məqsədlərini izah edə bilmədiklərinə görə 27 nəfər Özbəkistan vətəndaşı, 20 nəfər Pakistan vətəndaşı, 18 nəfər Hindistan vətəndaşı, 8 nəfər Şri-Lanka vətəndaşı, 5 nəfər Qırğızıstan vətəndaşı, 4 nəfər İİR vətəndaşı, 4 nəfər Tacikistan vətəndaşı, 3 nəfər Banqladeş vətəndaşı, 2 nəfər BƏƏ vətəndaşı, 2 nəfər İraq vətəndaşı, 2 nəfər Əfqanıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nəfər Konqo vətəndaşı, 1 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı, 1 nəfər Suriya vətəndaşı, 1 nəfər Misir vətəndaşı ölkə ərazisinə buraxılmayıb.

Xəbər 3421 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.11.2025  16:01 

AYNA-ya yeni səlahiyyət verildi

28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi


BÜTÜN XƏBƏRLƏR +