“Sülh” yoxsa “barışıq”?
Azərbaycan 6 ölkə ilə vizanı ləğv edir
Şimal-qərb küləyi əsəcək - HAVA
İcra başçısı köməkçisini də Bakıya gətirdi
Samirə Əfəndi təhqirlərə cavab verdi
ABŞ Ukraynaya silah satışını dayandırır
H5N5 quş qripi virusuna yoluxan xəstə öldü
Milli Məclisin növbəti plenar iclası başlayıb
Bakıda ana yeni doğulan uşağını dənizə atıb
Moskvada tələbə iki nəfəri yaraladı – Əslən azərbaycanlıdır – FOTO


24.11.2025  19:32 

Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama





A+  A-

Ukraynanın sülh danışıqlarında hansı məsələlərdə güzəştə getməyəcəyi açıqlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk Stokholmda Krım Platformasının IV Parlament Sammitində çıxışı zamanı ölkəsinin “qırmızı xətləri”ni rəsmi şəkildə bəyan edib.

Onun sözlərinə görə, Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı Rusiyanın hər hansı “hüquqi tanınması” qəbul olunmayacaq:

“Ukrayna müdafiə qüvvələrinin imkanlarına heç bir məhdudiyyət qoyulmayacaq, Kiyevin gələcək təhlükəsizlik və hərbi ittifaqları seçmək hüququna veto tətbiq olunmayacaq, Ukraynanın iştirakı olmadan Ukrayna barədə, Avropanın iştirakı olmadan isə Avropa barədə heç bir qərar qəbul edilməyəcək, Ukrayna dilindən, inancından və milli kimliyindən heç vaxt imtina etməyəcək”.

R.Stefançuk bildirib ki, sülh yalnız beynəlxalq hüquqa hörmət əsasında mümkündür və Kiyev bu prinsiplərdən geri çəkilməyəcək.

Qeyd edək ki, bu mövqe Ukraynanın danışıqlar prosesindəki əsas strategiyasını müəyyənləşdirir və rəsmi Kiyevin qətiyyətini bir daha göstərir.

Xəbər 378 dəfə oxunub.



25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib


BÜTÜN XƏBƏRLƏR +