“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı
Ərəb turistlər Şəhidlər Xiyabanını ziyarət etdi
Müəllim sinifdə məktəbli qızla porno filmlər çəkib
200 balı keçən hər bir abituriyent tələbə olacaq - EKSPERT
Hacıyev Qərbə 45 milyon dollara məxfi məlumat satıb
Rusiya Macarıstana xam neft nəqlini bərpa edib
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər
Yanğın törədən şəxs saxlanıldı
15 yaşlı yeniyetmə 10 manata görə öldürülüb
Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?


19.08.2025  16:10 

Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi





A+  A-

Prezident İlham Əliyev Milli Məclisin iyulun 8-də qəbul etdiyi “Qaz təchizatı haqqında” qanunu təsdiqləyib.

XəzərNews.az xəbər verir ki, yeni qanun təbii qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.

Sənədə əsasən, Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur. Həmin qiymətlərə (tariflər) qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri və sabit tarif daxildir.

Qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri və istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, sabit tarif qiymətləri (tariflər) bu qanunun qüvvəyə mindiyi gündən, qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək.

Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

Xəbər 254 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər


BÜTÜN XƏBƏRLƏR +