Qəbələdə Ramiz Mehdiyevə villa bağışlamamışam - Kamələddin Heydərov
Bakıda restoranda yanğın başlayıb
Buxarestdə Zəfər Günü qeyd olunub
“CBC Sport” anlaşdı: “Qarbağ“ın oyununu o da şərh edəcək
Bakalı başına vuraraq xəsarət yetirdi
Mehdiyevin Hacıbəyliyə hədiyyələri üzə çıxdı - Fotofakt
Prezident sərəncam imzaladı
Ukrayna ordusu Orel və Vladimir şəhərlərinə zərbə endirib -FOTO/VİDEO
Saxta sənədlə Azərbaycana gəldi, hava limanında saxlanıldı
Sabiq deputatın oğlu Ədliyyə Nazirliyinə müraciət etdi -FOTO


05.11.2025  10:06 

Fazil Mustafa Akif Nağının ittihamlarına cavab verdi





A+  A-

Milli Məclisin deputatı Fazil Mustafa “MediaTürk TV”də Akif Nağının onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, sosial şəbəkədə paylaşdığı açıqlamada o, A.Nağını “qonşu dövlətin maraqlarını müdafiə edən” və “maskalanmış millətçi obrazı altında fəaliyyət göstərən” şəxs adlandırıb.

Deputat qeyd edib ki, Akif Nağının səsləndirdiyi fikirlər məqsədyönlü iftira xarakteri daşıyır: “Adam elə düşünür ki, hüquq sahəsi fəlsəfədən çətindir. Mənim fəlsəfi və tarixi əsərlər yazmağımı ittiham kimi təqdim edir. Halbuki, yazdıqlarımın hər biri elmi tədqiqatlara əsaslanır”.

Fazil Mustafa bildirib ki, bu cür çıxışlar illərdir Azərbaycanda “məzhəb və təriqətçilik üzərindən cəhalət kolonunun” formalaşmasına xidmət edir: “Müstəqil, dünyəvi və milli Azərbaycan dövləti üçün ən böyük təhlükə 5-ci kolon deyil, Cəhalət kolonudur. Bu şəbəkə dövlət idarəçiliyinə, siyasətə və ictimai həyata sızmaqla məşğuldur”.

Deputat həmçinin “Cəhalət gülləsi, aydınlıq çiləsi” adlı kitabında bu mövzulara geniş yer verdiyini xatırladıb və bildirib ki, İranın təsir dairəsində formalaşan bu çevrələr “millətçiliyi və dini dəyərləri alətə çevirərək” dövlətin dünyəvi prinsiplərinə zərbə vurmaq istəyirlər.

O, Akif Nağının İrana yönəlik müdafiəçi çıxışlarını da tənqid edərək əlavə edib: “İranla bağlı söylədikləri, əslində, Azərbaycanın müstəqil siyasətinə qarşı informasiya əməliyyatının tərkib hissəsidir”.

Fazil Mustafa paylaşımını belə yekunlaşdırıb: “İllərdir həyatımız bahasına apardığımız mübarizə cəhalət şəbəkəsinə qarşıdır. Onların məqsədi dövlətimizi zəiflətmək, idarəolunan bir toplum yaratmaqdır”.

Xəbər 207 dəfə oxunub.




05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +