Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


23.06.2021  10:03 

Bu gün ölkədə 41 dərəcə isti olacaq





A+  A-

Bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

İyunun 23-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Xəbər 3604 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +