Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?


27.11.2025  10:20 

Kamran Haqnəzərov ardıcıl üçüncü dəfə çempion oldu





A+  A-

Respublika Çempionatında üç döyüş keçirən Kamran Haqnəzərov ardıcıl üçüncü dəfə çempion titulunu qazanaraq öz çəkisində üstünlüyünü bir daha sübut edib.

XəzərNews.az xəbər verir ki, gənc idmançı yarışa şəxsi məşqçisi Cəfər İsmiyevlə birlikdə ciddi və sistemli şəkildə hazırlaşıb.

Casur İdman Klubunda nəticə verən idmançılar arasında Dünya ikincisi Şamil Şərifzadənin də adını xüsusi çəkmək lazımdır. Şamil, Kamranın hazırlıq prosesində onun ən vacib partnyorlarından biri olaraq gənc döyüşçünün texniki və fiziki inkişafına mühüm töhfə verib.

Yarış ölkə kuboku çərçivəsində keçirilib və turnirin təşkilatçısı Federasiya prezidenti Azad Əskərov olub.

Gənc yaşında böyük iradə

2010-cu ildə Bakıda anadan olan Kamran Haqnəzərovun idman yolunda ailəsinin də xüsusi rolu var. Onun atası, tanınmış idmançı Elnur Haqnəzərov oğlunun ilk motivasiya mənbələrindən biridir. Kamran idmana təkcə uğur qazanmaq üçün yox, həm də özünü sınamaq, sərhədlərini aşmaq üçün başladığını deyir. Hər döyüş və hər məşq, onun sözləri ilə desək, “özünü daha yaxşı versiyaya çevirməyin bir addımıdır”.

“Bu yolda yorulmaq olur, amma dayanmaq olmur”, – deyən Kamran çətinlikləri qələbənin tərkib hissəsi hesab edir. Onun qələbə fəlsəfəsi sadədir: gündəlik nizam, özünə güvən və nəticədən çox prosesə fokuslanmaq.



MMA və digər arenalarda ardıcıl qələbələr

Bir neçə yerli və beynəlxalq yarışın qalibi olan Kamran Haqnəzərov MMA üzrə ölkə çempionu tituluna da sahibdir. Respublika birinciliyində iki döyüş keçirən idmançı hər ikisini qələbə ilə başa vurub və bu dəfə 73 kq çəki dərəcəsində yarışıb.

Tanınmış məşqçi Ruslan Məmmədhəsənovun rəhbərliyi altında hazırlanan Kamran bundan əvvəlki uğurunu da məhz MMA kateqoriyasında əldə etmişdi. Grappling və digər yaxın döyüş növləri üzrə də yüksək nəticələr göstərən idmançı həlledici məqamlarda rəqiblərini boğma üsulu ilə məğlub etməyi bacarıb. Bu nəticə onun taktiki düşüncə tərzinin və texniki hazırlığının bariz göstəricisi kimi dəyərləndirilir.

Eyni zamanda, Stenka və Pencak Silat idman növləri üzrə keçirilən açıq turnirdə “Aiki-Cistu” İdman Cəmiyyətini 65 kq çəkidə təmsil edən Kamran Haqnəzərov iki rəqibini məğlub edərək birinci yerə layiq görülüb.

Kamranın idman yolu 2014-cü ildə “Real Aykido” ilə başlayıb və qısa zamanda o, “1 DAN qara kəmər ustası” adına layiq görülüb. Bu nailiyyət onun idman karyerasındakı ilk böyük dönüm nöqtələrindən sayılır. Hər bir uğurun arxasında davamlı məşq, uzunmüddətli planlama və böyük əzmkarlıq dayanır.



Xəbər 107 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +