“Ağrılı faciə: 7 yaşlı qızını itirən atanın ürəkdağlayan paylaşımı“
Rus ordusu Zaporojyenin 21 yaşayış məntəqəsinə zərbə endirib
ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı


26.11.2025  08:30 

İRANIN BLEFİ BİTDİ GERÇƏKLƏR ORTAYA ÇIXIR!





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirlərin qısa tezislərini təqdim edirik:

İran hakimiyyətinin xalqı nəzərə almaması onun paradoksal siyasətinin əsas səbəbidir. İran hakimiyyəti ziddiyyətli siyasət yürüdür. “Qoyun-quzu siyasəti” ifadəsi İranın siyasi davranışını ən dəqiq təsvir edən termin hesab oluna bilər. İran xalqı faktorunu yada salmağımız isə ölkədə, xüsusilə də İranın siyasətində baş verən kardinal dəyişikliklər və daha çox geriləmələrlə bağlıdır. İran daxilində, xüsusilə də Azərbaycana yönəlmiş mətbuatda anti-Rusiya təbliğatı aparırdı. Zaman keçdikcə bu təbliğatı azaltsa da, tamamilə dayandırmamışdı. Üç gün əvvəl “Mübarizlər” serialı dayandırıldı. Seriala baxdıqda belə təsəvvür yaranırdı ki, Sankt-Peterburqa bənzər məkan təsvir edilir, guya müstəqil Rusiya dövründə Rusiyanın rəhbərliyi qaçıb Tümendə gizlənib, arabir başını qaldırıb baxırlar ki, İran gəlir, ya yox. İran əhalisi və Azərbaycan ictimaiyyəti bu kimi təsvirlər nəticəsində oxşar düşüncəyə yönləndirilirdi.



“Əmir Kəbirin Xurşud adlı xanımı və onun badımcan qurusu” mövzusu da bu baxımdan çox xarakterikdir. Bu məzmun Rusiyaya hesablanmayıb, çünki Rusiyada rəhbər şəxsin həyat yoldaşının adının hallanması adi haldır. İranda isə bu yolverilməz hesab olunur. Həm İran, həm Azərbaycan mətbəxində “badımcan qurusu” adlı yemək yoxdur, beləliklə, bu ifadə başqa bir məna yükləmək üçün konstruksiya edilib. Azərbaycan uşaqlarına “İra” adlı rus obrazını da istədikləri kimi formalaşdırırdılar. İndi isə bu proses dayanıb.

İran Azərbaycanı dəfələrlə Rusiyanın adı ilə hədələyib: Xəzərdə NATO ilə əməkdaşlıq, İsrailə yanacaq göndərilməsi, ABŞ-la əlaqələr və s. kimi iddialar səsləndirirdi. İranın narrativi belə idi ki, Rusiya gələcək, İranla birlikdə Azərbaycanı cəzalandıracaq. Lakin indi, İranın Rusiyaya qarşı apardığı siyasətin tam bəlli olması fonunda bu variant artıq gündəmdən çıxıb.

Türkiyəyə qarşı da İranda uzun illər nifrət mövcud idi. Ermənistanda “Tramp koridoru”nun tikintisinə başlanandan sonra İran başa düşdü ki, Türkiyə ilə əvvəlki siyasəti davam etdirməsi mümkün deyil. Çünki İran həmin koridordan istifadə edə bilməz. İran Ermənistan ərazisindən istifadə etməklə 4-5 kommunikasiya layihəsi irəli sürmüş, hamısı iflasa uğramışdı. Əsas səbəb maliyyə çatışmazlığı olsa da, başqa problemlər də mövcuddur. Hazırda Şərqi Azərbaycan ostanında yerləşən Mərənddən Sorayya şəhərinə qədər 220 km uzunluğunda dəmir yolu çəkir. Bu vaxta qədər İran Türkiyə və Azərbaycanı özünü “boğan tərəf” kimi təqdim edirdi və kommunikasiya mövzusunda onlardan asılı olmayacağını böyük iddia kimi irəli sürürdü. İndi isə hətta Türkiyə ilə razılaşmadan həmin yolu çəkməyə başlayıb.

İranın İsrail və ABŞ-la münasibətlərində ciddi ziddiyyətlər var. İran rəsmən nüvə zənginləşdirmə potensialının olmadığını etiraf etdi. Bu barədə bir müddət əvvəl D.Tramp da danışmışdı. “İranda zənginləşdirilmiş uranın olmaması” fikri ilk dəfə bizim tərəfimizdən irəli sürülmüşdü. “Nüvə blefi” anlayışı da ilk olaraq bizim gündəmə gətirdiyimiz mövzudur. Bütün bunlar İran əhalisinin gözü qarşısında baş verir.
Azərbaycan, Türkiyə və ya digər ölkələrdə İranın siyasəti ilə bağlı hər hansı analitik məqalə yazıldıqda İran rəsmiləri buna sərt reaksiya göstərir, “Keçəl dərman bilsə, başına yaxar” tipli misallar uydurur. Nəticədə İran artıq Azərbaycana qarşı çox spesifik düşmənçilik mövqeyi seçib. Rusiya və Türkiyənin adından istifadə edə bilmədiyi üçün iki tezisə müraciət edir:

I. Azərbaycanda insan hüquqlarının pozulması, sosial-iqtisadi gərginlik.

II. Azərbaycan Qəzza müharibəsi dövründə İsrail neftinin 70%-ni təmin edib.

Bəzən bu siyahıya ABŞ, Qazaxıstan və Rusiyanın adlarını da əlavə edir.
İran-İsrail münasibətləri paradoksal ziddiyyətlərlə doludur. Rəsmi Tehran İsrailə aviazərbələr endirməyə icazə verdi və İsrail də həmin zərbələri endirdi. Hətta razılaşdırılmamış şəkildə keçmiş nüvə obyekti olan Parçinə zərbə vurdu. İran Parçin obyektindən istifadə edirmiş. İranın vitse-prezidenti, Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami, İsrailin yalnız AEBA-ya bəlli olan obyektə atəş açdığını bildirir və AEBA-nı İranla bağlı məlumatları yaymaqda ittiham edir. Təxminən bir sutkadan çox İsrail aviasiyası İran üzərindən uçursa, yenicə yaradıldığı iddia edilən (əgər varsa) obyekt görünməz idimi? İran rəsmiləri də ekspertləri kimi “qoyun-quzu səviyyəsində” siyasət yürüdür.

Kəşfiyyat naziri İsmayıl Xətib ali rəhbərə qarşı ABŞ və İsrailin sui-qəsd hazırladığını “məxfi məlumat” kimi təqdim edib. Halbuki B.Netanyahu və digər İsrail rəsmiləri dəfələrlə bəyan ediblər ki, 12 günlük müharibə dövründə ali rəhbərin hansı yeraltı sığınacaqda gizləndiyini biliblər və zərbə endirmək istəyiblər. D.Tramp isə buna icazə verməyib. İ.Xətib indi bunu yeni məlumat kimi qələmə verir. Belə nazirlər və rəsmi şəxslər ali rəhbərə həqiqi hörmət etsəydilər, İran bu vəziyyətə düşməzdi.
İran artıq Qərb dünyasında real obrazını formalaşdırıb. Qlobal miqyaslı nüfuzlu mətbuat orqanları İranın hərbi-hava qüvvələrinin müqayisəli təhlilini apararaq onun ən zəif vəziyyətdə olduğunu yazırlar. Azərbaycan, BƏƏ, Türkiyə və başqa qonşu ölkələrdə ən müasir qırıcı təyyarələr və aviasiya sistemləri mövcuddur. İran isə hələ də 50 il əvvəl ABŞ-dan aldığı F-4, F-5 təyyarələrindən istifadə edir. İranın əsas güvəndiyi anti-İsrail təbliğatıdır. Maraqlıdır ki, həmin F-4 və F-5 təyyarələrinin ehtiyat hissələrinin gətirilməsində illər boyu İsrail şirkətləri iştirak edib.

Ümumi nəticə olaraq demək mümkündür ki, İranın hazırkı hakimiyyətinin gələcək nəsillərə verə biləcəyi izah yoxdur və olmayacaq. İran rəhbərliyi bu barədə düşünmür. Onlar daxildə apardıqları siyasətin mahiyyətini gələcək nəsillərə izah edə bilməyəcəklər. Bəlkə də İran rəhbərliyi gələcək nəsil haqqında ümumiyyətlə düşünmür və buna görə hazırlıq aparır. İran hakimiyyəti çox qeyri-müəyyən mövcuddur və nəticədə nə İran xalqına, nə də digər xalqlara ehtiyac qalacağına inanır.

Pakistana İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricaninin səfəri zamanı hərbi əməkdaşlığın müzakirə edilməsi İranın düzgün yola dönə biləcəyinə işarə kimi qiymətləndirilə bilər.



Xəbər 114 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +