Cəfər Cabbarlının heykəli acınacaqlı durumda...
Baş nazir qərar imzaladı
Şahruddin “Qarabağ”dan uzaqlaşdırıldı
İmişlinin hər il yollarını təmir edən şirkət kimindir?
Rusiya danışıqlarda iştirak etməyəcək -Peskov
Əhməd Orucun evi qarət olunub
“Saytlar “Google”da yaranan problemə görə bloklandı” – İT mütəxəssisi
Ukraynada Azərbaycan abidələrinin qorunmasına başlanılıb -FOTO
Füzulidə 14 illik idarəçilik: Bu kreslo niyə dəyişmir?
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilmədi


18.11.2025  10:19 

Müsəlmanlarla bağlı yayılan xəbər tənqid olundu





A+  A-

“Londonun, Birminghemin, Lidsin, Blekbernin, Şeffildin, Oksfordun meri müsəlmandır. Bütün bunlar 66 milyon ingilisin arasında yaşayan 4 milyon müsəlmanın “nailiyyətləridir”. Hazırda İngiltərədə 3 mindən çox məscid, 130-dan çox şəriət məhkəməsi və 50-dən çox şəriət şurası fəaliyyət göstərir. Müsəlman qadınların 70%-i işləmirlər, amma dövlətdən sosial yardım və pulsuz mənzil alırlar. Müsəlman kişilərin 63%-i də işləmirlər, lakin sosial dəstək və pulsuz mənzil alırlar. Bu ailələrdə adətən 6–8 uşaq böyüyür və onların hamısına pulsuz mənzil verilir. İngiltərədə hər məktəbdə uşaqlara İslam öyrədilir. Ölkədə doğulan uşaqlara ən çox verilən ad Məhəmməd adıdır. Bu, immiqrasiya deyil, bu, işğaldır”.

XəzərNews.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə Britaniyada guya “müsəlmanların ölkəni ələ keçirdiyi”, mer postlarının kütləvi şəkildə müsəlmanların əlində olduğu, müsəlman əhalinin böyük hissəsinin işləmədən dövlət yardımı aldığı kimi iddialar sürətlə yayılır.

Ekspertlər bildirirlər ki, bu məlumatların böyük əksəriyyəti həqiqətə uyğun deyil və ictimai rəydə qorxu yaratmağa xidmət edir.

Qeyd olunur ki, Londondan başqa, Böyük Britaniyanın böyük şəhərlərinin əksəriyyətində mer vəzifəsini yerli seçki prosesində qalib gələn müxtəlif siyasi partiya nümayəndələri tutur və onların dini kimliyi siyasi prosesin əsas mövzusu deyil.

“Müsəlmanların 70%-i işləmədən dövlət yardım alır” kimi iddialar rəsmi statistika ilə üst-üstə düşmür. Ölkənin Milli Statistika İdarəsinin məlumatlarına əsasən, müsəlman icması arasında məşğulluq səviyyəsi son illər yüksəlir.

“3 min məscid”, “130 şəriət məhkəməsi” kimi rəqəmlər də dəfələrlə şişirdilmiş və faktlarla təsdiqlənməyib. Şəriət Şuraları isə dini məsləhət mexanizmləridir və hüquqi qüvvəyə malik deyillər.

“İngiltərədə bütün məktəblərdə İslam tədris olunur” iddiası da yanlış interpretasiyadır, məktəblərdə təhsil proqramı dünya dinlərinin ümumi şəkildə öyrənilməsini nəzərdə tutur.

Mütəxəssislərin fikrincə, bu cür paylaşımlar sosial mediada etnik və dini qarşıdurma yaratmaq məqsədi daşıyır və real statistikadan çox, emosional manipulyasiyaya əsaslanır.

Böyük Britaniya hökuməti və müstəqil araşdırma qurumları ictimaiyyətə çağırış edirlər ki, sosial şəbəkələrdə yayılan mənbəsiz məlumatlara tənqidi yanaşsınlar.


Xəbər 171 dəfə oxunub.




18.11.2025  16:37 

Baş nazir qərar imzaladı

18.11.2025  16:20 

Əhməd Orucun evi qarət olunub

18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +