Tovuzda baş verən qətl... - Təfərrüatlar məlum oldu
Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?
9 nəfərin 3 milyon pulunu neçə ələ keçirdi...
Putin Suriyaya gedir?
Rusiya Ukrayna itkilərini açıqladı
Dayısının 1 milyon manata yaxın pulunu ələ keçirdi
Prezident Qazaxıstana səfər edəcək
Mehdiyevin oğlunun şirkəti borca düşdü
Prezident yeni səfiri qəbul etdi
Mehdiyevə çağırış olmayıb... - TƏBİB-dən açıqlama


16.10.2025  11:23 

Paşinyan Ermənistanı ABŞ-İran qarşıdurmasına hazırlayır?





A+  A-

Paşinyanın son manipulyasiyaları onun Ermənistanı ABŞ-İran qarşıdurmasına hazırladığını göstərir. Paşinyan üçün “Azərbaycanla iqtisadi əlaqələrin qurulması” anlayışı sanki mövcud deyil. O, hətta vaxtilə qonşu bölgələrdə azərbaycanlılarla aparılan ticarət əlaqələrini də unutmuş kimi görünür.

Paşinyan üçün uğurlu hərbi əməliyyatlarla parlament seçkilərini qazanmaq yeganə taktika təsiri bağışlayır. Seçkilərdə Türkiyə əks-amil kimi çıxış edə bilər, bu səbəbdən də o, seçici rəğbətini qazanmaq üçün Azərbaycan və Türkiyəyə qarşı hərbi əməliyyatlara getməyə meyilli ola bilər.

Paşinyan üçün ABŞ və ya İranın qalib gəlməsindən daha vacib məsələ bu iki ölkə arasında toqquşmanın baş verməsidir. Onun Şarm-əl-Şeyxdəki iştirakının əsas səbəbi də məhz mümkün İran–ABŞ qarşıdurmasına hazırlaşmaqla bağlıdır.

Nikol Paşinyanda konfliktogenlik (yəni münaqişəyə meyillilik) irsi xarakter daşıyır. Bu xüsusiyyət bir çox ermənidə olduğu kimi, onda da tarixi və psixoloji əsaslara malikdir. Onun bu xüsusiyyətdən siyasi məqsədlər üçün istifadə etməməsi, demək olar, mümkün deyil.

Mehridə “Tramp koridoru”nun əhalinin su təminatına təsir edəcəyi məsələsini Paşinyan artıq gündəmə gətirib. Bu iddia ABŞ-ın münasibətinə birbaşa təsir göstərdi.

Ermənistanın iqtisadiyyat naziri ABŞ-a dəvət olundu və bu məsələ onunla müzakirə edildi. Daha sonra Paşinyan başa düşdü ki, Ermənistanın hərbi büdcəsi faktiki olaraq İran tərəfindən dəstəklənir. Buna görə də müdafiə naziri də ABŞ-a çağırıldı və yeni təşəbbüslər müzakirə olundu. Görünür, bu təşəbbüslər Ermənistan ordusundakı boşluqları “xarici imkanlarla əvəzləmə” strategiyasına əsaslanır: İranın verdikləri geri qaytarılacaq, əvəzini isə ABŞ təmin edəcək. Bu, təbii ki, İranın passiv qalacağı anlamına gəlmir.

Türkiyə hazırda Qəzzada atəşkəsin təmininə hərbi qüvvə göndərən yeganə ölkələrdəndir və yerli əhalinin müdafiəsinin bir hissəsi ona tapşırılıb. Buna baxmayaraq, İranın anti-Türkiyə ritorikası səngiməyib. “Sepah”ın Teleqram kanallarında hələ də Rəcəb Tayyib Ərdoğan İsrail ordusunun generalı kimi təsvir olunur. Bu baxımdan, Türkiyə–Azərbaycan coğrafiyası İran üçün potensial müharibə məkanına çevrilə bilər.

Mövcud vəziyyətdən çıxış üçün Azərbaycan–ABŞ–Ermənistan formatında yenidən danışıqlar başlatmaq vacibdir. Paşinyan artıq “oyunun kartlarını dəyişib”: əvvəlki müzakirələr yalnız indiki Ermənistan ərazisini əhatə edirdisə, indi o, gündəliyə “keçmiş Ermənistan” anlayışını da daxil edib.

Azərbaycan Respublikasının Konstitusiyasında “Ermənistana ərazi iddiası” məsələsini qabartmaqla, Paşinyan əslində tarixi mövzulara və faktlara qarşı ideoloji müharibə elan etmiş olur. “Tramp koridoru Mehridə əhalini susuz qoyur” iddiası da bu məqsədə xidmət edir. Ermənistan həmçinin öz Konstitusiyasının dəyişdirilməsindən imtina edib. Bu isə onu göstərir ki, ölkə keçmişinə göz yumması halında öz gələcəyinə də zərbə vurur.

Ermənistan həqiqətən müstəqil dövlətə çevrilməlidir. Onun siyasəti Cənubi Qafqaz regionu ölkələrinə yönəlməlidir. Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistan səfəri zamanı maraqlı fikir söyləmişdi: “Xaricdən təsir olmayanadək suveren olun”. Bu ifadə Ermənistanın reallıqlarına uyğun gəlir. Paşinyanın “suverenlik” anlayışını ideallaşdırması isə əslində beynəlxalq siyasi qaydaları pozmaq üçün irəli sürülmüş yeni oyundur.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 1037 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək


BÜTÜN XƏBƏRLƏR +