Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


19.11.2025  21:59 

Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bu il də ofis sahəsinin icarəsi ilə bağlı tenderə yekun vurub. Dövlət satınalmaları portalına əsasən, Agentlik 1 093 kv. metrlik ofis sahəsini bir illik icarəyə görə Sevinc Şəfa qızı İsgəndərovaya məxsus obyektdən götürəcək. Bu xidmətin dəyəri 262 min 320 manat təşkil edir.

Bu, artıq üçüncü ildir ki, Agentlik eyni şəxslə eyni mahiyyətdə müqavilə bağlayır. İsgəndərovanın VÖEN-i Sumqayıt şəhərində, 2 saylı Vergilər İdarəsində qeydiyyatdadır və onun, uzun müddət şəhərdəki 51 saylı uşaq bağçasının direktoru kimi fəaliyyət göstərdiyi deyilir.

Ofisi Sosial Xidmətlər Agentliyinə icarəyə verən Sevinc İsgəndərova Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Şəfa oğlu Behbudovun bacısıdır.

Sumqayıtda doğulan Vüqar Behbudovun özü 2002-ci ildən dövlət strukturlarında – əvvəl Vergilər Nazirliyində, sonra Dövlət Sosial Müdafiə Fondunda və ƏƏSMN-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci il iyulun 1-dən etibarən isə Sosial Xidmətlər Agentliyinə rəhbərlik edir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmişdir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir./Meydan TV

Xəbər 278 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +