Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


09.10.2020  19:11 

Səfərbərlik Xidməti məlumat yaydı





A+  A-

Prezident İlham Əliyevin bu il avqustun 26-da imzaladığı Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, möhlət hüququ olmayan vətəndaşlarımızın müddətli həqiqi hərbi xidmətə çağırışı davam edir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, gənclər həqiqi hərbi xidmətə getmək, Vətən qarşısında borclarını yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə böyük ruh yüksəkliyi və həvəslə gəlirlər.

“Yolasalma mərasimlərində müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilən və qarşıdakı 3 ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunacaqları yerlərdə davam etdirəcək gənclərə şanlı Azərbaycan əsgəri kimi müqəddəs adı daşımaları münasibətilə təbriklər çatdırılır, onlara şərəflə xidmət etmələri, nizam-intizamlı olmaları, hərb işinin sirlərinə mükəmməl yiyələnmələri, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələri tövsiyə edilir.

Xalqımız tarixin müxtəlif dövrlərində taleyini daim inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər oğullara etibar edib. Hərbi xidmətə yola düşən çağırışçılar məhz belə şəxsiyyətləri özlərinə nümunə bilərək Vətənə layiqli övlad kimi xidmət edəcəklərini vurğulayırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır!”

Xəbər 3832 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +