Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


03.11.2025  19:49 

Meyitdən ürək köçürülən gənc evə buraxıldı





A+  A-

Bakıda meyit donordan ürək köçürülən 19 yaşlı Rəşad Məmmədəliyev evə buraxılıb.

XəzərNews.az Oxu.az-a istinadla xəbər verir ki, 2006-cı il təvəllüdlü gənc pasiyentin səhhəti normallaşdığından o, Mərkəzi Klinikadan köçürülüb. Hazırda onun müalicəsi xüsusi həkim briqadasının nəzarəti altında davam etdirilir.

Xatırladaq ki, oktyabrın 23-də gecə saat 3 radələrində 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev Mərkəzi Klinikada əməliyyat olunub. Ona meyitdən donor ürək köçürülüb. Əməliyyat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin dəstəyi ilə həyata keçirilib.

Əməliyyat Mərkəzi Klinikanın baş həkimi Kamran Musayevin başçılıq etdiyi həkim briqadası tərəfindən reallaşdırılıb.

Xəbər 999 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +