Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı
Səfirlik avtomobili velosiped zolağında - Foto
Bələdiyyə ilə kənd sakinləri arasında qalmaqal – VİDEO
Sabiq general-mayor yenidən vəzifədə
Prezident fərman imzaladı
Jurnalist saxlanıldı -Buna görə
Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş - FOTO
Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”


13.11.2025  19:18 

İRANLA RUSİYA ARASINDAKI AZƏRBAYCAN





A+  A-

SSRİ dağıldıqdan sonra Qərb siyasilərinin bəlkə də ən çox müzakirə etdiyi mövzu Azərbaycanın coğrafi olaraq Rusiya ilə İranın arasında yerləşməsi idi. Qərb siyasilərinin həm İran, həm də Rusiyaya münasibətləri çox neqativ idi. SSRİ dağıldıqdan az sonra Amerika prezidenti ata Buş İran və Rusiyanı “Şər oxu” ölkələri kimi təqdim etmişdi. “Şər oxu” ölkələrinin sayı isə cəmi üç idi. Dövlətimizin gələcəyinə yanaşmaları pessimist idi.

Azərbaycan SSRİ-dən sonrakı geosiyasi mühitdə: Rusiya–İran xətti və Ermənistan amili

Azərbaycan ona qarşı başlanmış işğalçı müharibəni uduzdu. Çünki işğalçı müharibə SSRİ dövründə başlamışdı. İlk əvvəldə bizim işğalçıya qarşı cavab vermək imkanlarımız süni olaraq məhdudlaşdırılmışdı. Ərazisini SSRİ imperiyasının qarşısında qoruya bilməzdi: Sovet və ya çar Rusiyası formasında rus imperiyası Azərbaycanın torpaqlarını Ermənistana hədiyyə etməklə məşğul idi. Əl-qolumuz tam bağlanmasa da yarı bağlanmışdı.

Azərbaycanı Ermənistana qarşı uduzdurmaqda Moskvanın böyük təcrübəsi var idi. Bu təcrübə çar Rusiyası dövrünə söykənirdi. Regionda kiçik qrup olan ermənilər çar Rusiyasının Osmanlı imperiyasından daşıdığı ermənilərin hesabına dövlətə çevrildilər. Nəticədə “kiçik Ermənistan” yarandı. Az sonra bir az da böyütdülər və “Şərqi Ermənistan” adlanan qurum yarandı. Zaman keçdikcə də Ermənistan böyüdüldü. Ermənilərdə yaradılan torpaq iştahı xalqımıza qarşı erməni aqressivliyini yaratdı və inkişaf etdirdi.

Ermənilər regionda artdıqca öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların deportasiya hadisələrinin sayı artdı: erməni əhali artdı, azərbaycanlı əhali azaldı.

Çar Rusiyası və sovet dövründə Azərbaycanın ətrafında baş verənlər ədalətsizliyin apogeyi idi. Bəlkə də SSRİ-nin dağılmasında ədalətsizliyin rolunu dedikdə, ilk olaraq Azərbaycan xalqına olan münasibət əsas götürülməlidir. Yaxınlarda bizim bir qrup tarixçi alimimiz Azərbaycanın tarixi inkişafına yeni yanaşma ortaya qoydular. Yeni yanaşma son illərdə unudulmuş yanaşmanın yenidən canlanması kimi qəbul edilə bilər. Azərbaycanın çar Rusiyası və sonradan SSRİ tərkibində olmasının faydasını heç kəs inkar edə bilməz. Azərbaycan bu faydanı kompensasiya edib.

Ermənistanda iki konseptual proses başladı:

1. Ermənilər SSRİ-dən Azərbaycan torpaqlarını ardıcıl tələb edirdi.

2. SSRİ rəhbərliyini özünün itaətkarı kimi qəbul edir və bunun üzərində tarixi rəvayətlər, nəzəriyyələr uydurulurdu. Bu həm pravoslavlıq dininə, həm də “ermənilərsiz ruslar yaşaya bilməz” tezisinə aid edilə bilər.



SSRİ-nin son illərində də ermənilər Azərbaycana qarşı yenidən torpaq iştahını artırdılar və Azərbaycan uduzdu. Azərbaycan müstəqil olduqdan sonra dövlətçiliyini, iqtisadiyyatını qoruya bildi, daxili sabitliyini yaratdı və yeni Azərbaycan dövlətçiliyi istiqamətində inkişafa başladı. Artıq bu dövlətin qarşısında yeni problemlər dayanırdı.

Prezident İ.Əliyev Rusiya ilə İran arasında ədavətin gizli də olsa qızışdığını görürdü. Atası Ulu Öndər H.Əliyev də bu proseslərin ortasında olan adam olmuşdu. Ona görə Rusiya-İran problemlərinin açarı kimi ən təcrübəli, bacarıqlı prezident İ.Əliyev yeni variant ortaya qoydu: Azərbaycan-Rusiya-İran sammiti. İlkin olaraq sammitin yalnız Bakıda keçirilməsi nəzərdə tutulurdu. İran prezidentinin təkidi ilə format dəyişdi və ikinci sammit Tehranda keçirildi.

Avrasiya materikində ən böyük sabitləşdirici parametr olan bu sammit COVİD-19-a görə Rusiyada dayansa da, əslində onun sıradan çıxmasında İranın rolu istisna deyil. Rusiya İranın şimalına qaz vermək istəyirdi. Tehran bunu Rusiyanın İranın şimalına ərazi iddiası kimi qiymətləndirdi və “yox” dedi. Putin də bundan istifadə edərək Moskvada keçirilməli olan sammiti təxirə saldı. Nəticədə böyük sabitləşdirici parametr fəaliyyətini dayandırdı.

Sonradan bəlli oldu ki, İran 200 il əvvəl Türkmənçay müqaviləsi nəticəsində itirdiyi torpaqları qaytarmağa daha hazırlıqlı olduğunu düşünür: RF-in Qərbin ciddi təzyiqi altında olması və Ukraynada müharibənin başlanması İranın bu inamını gücləndirdi.
Azərbaycan Qərbin bildirdiyi iki neqativ dövlət arasında qalmış dövlətə bənzəmədi. Bu, xalqımızın unikallığının hesabınadır. Ən vacibi: Azərbaycan İran və RF-in, o cümlədən Qərbin dəstəklədiyi işğalçıdan torpaqlarını azad etdi. Tarixi torpaqlarını azad etmək yolundadır.

İndi Azərbaycan torpaqlarını azad etdikdən sonra, qazandığı qələbənin yaratdığı beynəlxalq nüfuz fonunda ermənilərdə torpaq oğurluğu xofu yaranıb. Onlar başa düşürlər ki, regiona gələnə qədər malik olduqları torpaqların hamısını Azərbaycan geri alacaq.

Ermənilərdə ikinci milli xarakter iri dövlətlərin əlində digər dövlətlərə qarşı alətə çevrilmək də bu mövzuda onların ziyanına, Azərbaycanın isə xeyrinə işləyəcək.
İranın ziddiyyətli siyasəti, Rusiya ilə münasibətləri və bölgəyə təsirləri

İran plastini ayrıca qoysaq, görünən odur ki, Ermənistan müxtəlif dövrlərdə Osmanlı, Rusiya və Qərb tərəfindən alətə çevrilib. Qriboyedovun ölümündən bəri ermənilər ruslara ardıcıl xəyanət edir və bunun da qabağı alınmayıb.

Ermənilərin başqa dövlətin əlində alət olması regionun anti-brendlərindən biridir. Rusiya və Qərb Ermənistana anti-Türkiyə plastarm kimi yanaşırdı, sonradan Çin də eyni kontekstdə yanaşdı. İndi də görünür ki, Hindistan və İranın Ermənistana marağı anti-Türkiyə yönümlüdür.

Qərb çar və SSRİ dövründə Rusiyanı bu qədər tanımırdı. SSRİ dağıldıqdan sonra 30 il ərzində Qərb Rusiyanın içini ciddi təhlil etdi. Nəticələr 250 illik rus imperiyası və növbəti 30 illik MDB dövrünün bir-birindən prinsipial fərqli olduğunu göstərdi. Bu gün Qərbin Rusiyaya münasibəti MDB dövründə öyrəndikləri üzərində qurulub.

İranı tanımalıyıq. İranın təbliğat klişelərinin zaman ardıcıllığı göstərir ki, İran geriləyir. İran orijinal yalançı olmadı, bütün yalançılar kimi əvvəl dediklərini unudur. Bir müddət əvvəl İran G-20-nin çoxdan üzvü olduğunu iddia edirdi. Guya G-20-də hesabat düzgün aparılmır, ona görə adını siyahıya salmırlar. İndi İran G-20-nin adını belə çəkmir.

İran dünya elmi, xüsusilə nano-texnologiya sahəsində birinci onluğa yaxınlaşdığını iddia edirdi. İndi o mövzu da yoxdur.



İran istənilən anda nüvə silahı yarada bilər deyilirdi. İndi bunun da blef olduğu aşkarlandı. Nüvə texnologiyası İran xalqının pulunun oğurlanma variantlarından biri imiş.

“İsrail 25 il yaşayacaq” deyirdilər. İndi İran ölür, İsrail dirilir.

“HƏMAS Fələstin olacaq” deyirdilər. İndi HƏMAS ABŞ və İsrailə onun buraxılması üçün yalvarır.

20 il ərzində Tehran Ermənistan ərazisindən dəmiryolu, avtomobil yolu, neft və qaz kəməri çəkməyə dəfələrlə cəhd edib, alınmayıb. İndi də alınmayacaq.

İran 20 il ərzində üçüncü yüksək gərginlikli elektrik xəttini istifadəyə verə bilmədi. İndi Ermənistan ərazisində ABŞ AES-i tikintisinə kömək etməklə enerji ehtiyacını ödəmək istəyir. İranın RF-lə AES tikintisi barədə müqavilə növbəti dəfə ləğv olunacaq.

Biz milli maraqlarımızı tək qorumağa üstünlük verməliyik. Əsas hədəfimiz İranın Azərbaycana düşmənçiliyinin ağlını itirməsinə səbəb olan prosesləri düzgün idarə etməkdir.

Azərbaycanın İran ərazisindən keçən kommunikasiyaya ehtiyacı yoxdur. Yaxın Şərq ölkələri ilə əlaqələrimiz Türkiyə vasitəsilə reallaşır. Qətər, BƏƏ, Səudiyyə Ərəbistanının ortaya qoyduğu iqtisadi əməkdaşlığın subyektləri də həmin bölgəyə yaxın ərazilərdədir.
Neftimiz və qazımız Qətərə, Səudiyyə Ərəbistanına, BƏƏ-yə lazım deyil, onlara Azərbaycanın texnoloji bacarığı lazımdır. Biz Aralıq dənizi hövzəsində İraq və Suriya ərazisində apardığımız işlərlə vəziyyətdən çıxacağıq.

İranın Azərbaycan ərazisindən keçən kommunikasiyalara ehtiyacı hədsiz böyükdür. İran bu gün qoyun-quzu otaran çoban səviyyəsində siyasət aparır. Biz İranın yaxın 3–5 ildə kommunikasiyalara görə Azərbaycan və Türkiyənin qarşısında diz çökəcəyi anı gözləməliyik. Yalvarsaq və ya davaya çıxdıqsa da bugünkü İran reallığını dərk etmək intellektinə malik deyil. Ona görə özümüzü yormamalıyıq.

Rusiya–İran münasibətlərinin yeni mərhələsi və Azərbaycanın mövqeyi

Belə vəziyyətdə Azərbaycanla İran və Rusiyanın münasibətlərində məcburi olaraq ciddi yenilənmələr baş verdi. İran azərbaycanlıların Rusiyanın daxilindəki fəaliyyətindən öz maraqları üçün istifadə etməyə başladı.

Rusiya isə İranın ictimai-siyasi mühitinin, xüsusilə Azərbaycan Respublikasında fəaliyyət göstərən casus, mətbuat və digər qurumlarının maliyyəsinin Moskvadakı azərbaycanlılar vasitəsilə ödənildiyini gördü. Məhz bu səbəbdən bu gün Rusiyada millətlərarası şurada Azərbaycanın nümayəndəsi yoxdur.

Əlbəttə, Azərbaycan Respublikası ruslarda həmişə Türkiyə kontekstində şübhə yaradıb. “Türkiyənin kölgəsi, adamı, casusu” ifadələri rusların azərbaycanlılara münasibətinin daimi müşayiətçisi olub. Bu münasibətdən İran da öz marağı üçün istifadə edib.

İranın başqa baxışı isə müəyyən hökumət təşkilatlarını ələ alaraq Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq idi. AZAL təyyarəsi məsələsindən sonra Rusiya Azərbaycana qarşı çox orijinal düşmənçilik etdi. Kabanov soyadlı bir ekspert Putin “münasibətlərin normallaşdığını” elan edəndən sonra da Rusiyanın adından Azərbaycana “ordu göndərirdi”.

Aydındır ki, belə siyasət Rusiyanın mühitində yox idi. Əgər varsa, kənar, İran təsiridir. Kabanov soyadlı ekspert düşünməlidir ki, hər kəs anti-Azərbaycan fəaliyyətini dayandıranda niyə yalnız o dayandırmadı və onu İran üçün cəlbedici edən bəlkə də elə soyadıdır.

İran isə rus və azərbaycanlının ikisini birlikdə “əzməkdən” zövq alırdı.

Bu iki dövlət arasındakı münasibəti düşmənçilik adlandırmaq düzgün olmaz. Daha çox “mehriban düşmən” formatı xatırladır. İranın siyasəti isə aşkar düşmənçiliyi gizlətmək bacarığı kimi görünür.

İranda Rusiyaya qarşı hücumlar daha aydın və kəskindir. Hər şeydə Rusiyanı şərləmək İran dövlət siyasətinin ana xəttinə çevrilib. Ali rəhbər özü də şəxsən anti-Rusiyaçılıqda iştirak edib. İran ictimaiyyətində heç kəs xatırlamır ki, V.Putin iki dəfə İ.Rəisiyə “İsrailə hücum edin, arxanızdayam” deyib.

M.Pezeşkianla V.Putin arasında imzalanmış strateji müqavilədən “qarşılıqlı hərbi yardım” maddəsinin məhz İran tərəfindən çıxarıldığını da düşünən yoxdur.



Rusiyanın sözü ilə İsrailə hücum etməyən İran, az sonra İsrailə Tehranı və yaxın əraziləri
bombalamağa icazə verdi.

Bu qəlizliyin təkcə hərbi-siyasi yox, iqtisadi parametrləri də var. İran var gücü ilə Rəşt-Astara dəmir yolunun tikintisinin əleyhinə işləyir.

İranın bundan iki məqsədi var:

1. Azərbaycan böyük beynəlxalq nəqliyyat koridorundan geosiyasi və geoiqtisadi divident götürməməlidir.

2. Azərbaycandan yan keçən yollar Rusiyada İranın casus maraqlarına daha çox cavab verir.

İran Rusiya ilə əlaqələrini Xəzər dənizi vasitəsilə qurmaq istəyir. Rusiya ərazisində iki liman şəhəri olan Mahaçqala və Həştərxan var. Mahaçqala Dağıstana aiddir və Xəzərin donmayan yeganə limanıdır. İran Dağıstanı tarixi ərazisi hesab edir. İranın əsas məqsədi RF daxilində mümkün qədər geniş casus şəbəkəsi qurmaqdır.

Kreml Rəşt-Astara dəmir yolunun və 55 milyard m³ qaz kəmərinin tikilməsinə nəzarət etmək gücündə deyil. Çünki Kreml daxilində Rusiyanın ideyalarına və maliyyəsinə xidmət edən qruplar buna imkan verməyəcək.

Rusiyanın Rəşt-Astara dəmir yolunun tikintisində Azərbaycanın xeyrinə iradə ortaya qoymasını biz qiymətləndirməliyik. Bu, Ulu Öndər H.Əliyevə V.Putinin şəxsi hörmətinin təcəssümü kimi qəbul edilə bilər.

Amma Azərbaycan Rusiya ərazisindən İrana gedən dəmir yolu və qaz kəmərinin çəkilməsində təşəbbüskar olmamalıdır. Rusiya İranı başa düşmür və anlaması üçün də çox uzaqdır.

Ortada ermənilər var və İran iki rıçaqla RF daxilində Azərbaycana qarşı mübarizə aparır. Ona görə Rusiyanın İranla bağlı məsələlərdə Azərbaycana qarşı mövqeyinin sonunun necə olacağı bəlli deyil.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 726 dəfə oxunub.




13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +