Dövlət saytlara ayırdığı vəsaiti artırdı
“Nərimanov”da metro çıxışlardan biri bağlandı -FOTO
Paşinyan Muradyana vəzifə verdi -FOTO
Tanınmış professor vəfat edib
Fuad Nəcəfli Naxçıvanı belə tərk etdi
Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?


13.11.2025  10:54 

Tanınmış professor vəfat edib





A+  A-

Riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri Kamil Mənsimov vəfat edib.

XəzərNews.az xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Kamil Bayraməli oğlu Mənsimov 1950-ci ilin dekabr ayının 10-da Biləsuvar rayonunda anadan olub.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub və universiteti 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək təyinatla AMEA Kibernetika institutunda baş laborant kimi işə başlayıb.

1974-cü ildə həmin institutunun qiyabi aspiranturasına daxil olub və 1978-ci ildə aspiranturanı bitirərək 1979-cu ildə namizədlik dissertasiyasını müdafiə edib.

1992-ci ilə qədər həmin institutda kiçik elmi işçi, sektor müdiri, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1992-ci ilin iyul ayında müsabiqədən keçərək Bakı Dövlət Universitetinin "Əməliyyatlar tətbiqi və riyazi modelləşdirmə" kafedrasının dosenti vəzifəsinə qəbul olunub. 1995-ci ildən 1998-ci ilə qədər adıçəkilən kafedranın professoru vəzifəsində işləyib.

1998-ci ildən "Riyazi kibernetika" kafedrasının müdiri işləyib. Bundan başqa, AMEA Kibernetika İnstitutunda" Mürəkkəb dinamik sistemlərdə idarəetmə" laboratoriyasına rəhbərlik edib, Prezident yanında Ali Attestasiya Komissiyasının "Riyaziyyat və mexanika" üzrə ekspert komissiyasının üzvü olub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif edilib.



Xəbər 149 dəfə oxunub.




13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +