İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


18.06.2025  17:06 

III qrupda keçid balları 3-5 bala qədər artacaq





A+  A-

"Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bala qədər artacaq".

XəzərNews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə AzTV-nin "Hədəf" verilişində deyib.

Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət təxminən əvvəlki kimi olacaq: "Düşünürəm ki, I və IV ixtisas qruplarında da ballar ötənilki səviyyədə olacaq.

DİM sədri əlavə edib ki, ümumilikdə müsabiqəyə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslər buraxılacaq.

M.Abbaszadə qeyd edib ki, ümumilikdə kimlərin müsabiqəyə buraxılması, ərizə verənlərin sayından asılı deyil:

"Bütün imtahan nəticələri elan olunandan sonra müqayisə edilə bilər ki, müsabiqəyə kimlər buraxılsın. Müsabiqəyə isə iki imtahan nəticəsinə görə 200-dən çox bal toplayan abituriyentlərin sayı təsir göstərəcək".

O əlavə edib ki, I cəhd imtahanında 3-cü qrupda mindən çox abituriyent 600 baldan yuxarı nəticə göstərib.

Xəbər 1371 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +