Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov
42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
SEPAH komandirinə sui-qəsd edildi
Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq
Bir erməninin belə Qarabağa təhlükəsiz qayıtması... - Simonyan
Sərhədin demarkasiyası baş tutmayınca - Hayk Qalumyan
Bu səs-küy onun Mehdiyevin gəlini olmasına görədir – Sərdar Cəlaloğlu
Bu avtobusların hərəkət sxemi dəyişdirilir?


31.10.2025  13:57 

Axşam küçəyə çıxa bilmirik... - Montoneqroda yaşayan azərbaycanlı





A+  A-

“Son iki gündə aksiyalar demək olar ki, dayanıb. Hazırda vəziyyət yaxşıdır. Əsas hay-küy Podqoritsada idi. Mən hadisə baş verəndən sonra iki gün işə çıxmadım”.

XəzərNews.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Montoneqronun Budva şəhərində yaşayan həmyerlimiz Tural İsayev deyib.

O bildirib ki, aksiyalar dayansa da hələ də axşam saatlarında küçəyə çıxmağa ehtiyat edirlər:

“Özüm Budva şəhərində kulinariya sahəsində çalışıram. Təxminən 2 il əvvəl gəlmişəm. Türkiyə vətəndaşlarının restoranı olduğu üçün özləri də işə çıxmaqdan qorxurlar. Hər ehtimala qarşı axşam saatlarında evdən çıxmamağa çalışırıq. Mənim özüm 1 azərbaycanlı və 2 türklə eyni evdə qalıram”.

T.İsayev söyləyib ki, əslində yerli əhali türklər və azərbaycanlılarla münasibətləri kəskinləşdirməyə maraqlı deyil:

“Montoneqro turizm ölkəsidir. Bura turist gəlməsə, ölkə batar. Turistlər də daha çox elə Türkiyədən, Azərbaycandan və digər şərq ölkələrindən gəlirlər. Əhali başa düşür ki, türklərlə münasibətləri pozmaq olmaz. Millətçilik qarın doyuzdurmur. Yeri gəlmişkən, yaxın günlərdə Azərbaycandan bura gəlmək istəyən həmyerlilərə demək istəyirəm ki, imkan daxilində turist vizalarına müraciət etsinlər. Bunların hava limanında bəzən ciddi yoxlamalar olur. Ən yaxşı yolu şəxsi hesabda pul göstərməkdir”.

T.İsayev güman edir ki, yaxın vaxtlarda vəziyyət tamamilə düzələ bilər:

“Mən belə düşünürəm ki, 1-2 həftəyə vəziyyət ümumiyyətlə düzələcək. Montoneqro kiçik ölkədir. Dediyim kimi, qazancı turizmdən çıxır. Türklər də bura çox yaxşı investisiyalar edirlər”.

Müsahibimiz onu da vurğulayıb ki, Montoneqroda azərbaycanlılardan ibarət kiçik bir icmanın üzvüdür:

“Bizim özümüzün Podqoritsada kiçik bir qrupumuz var. Təxminən 25-30 nəfərlik. Burada kiminsə çətinliyi olanda, bir-birimizə dəstək oluruq. Diaspor məsələlərindən açığı elə də başım çıxmır. Özüm əvvəllər Podqoritsada işləyirdim, sonra iş yerimi dəyişib köçdüb Budvaya”.

Həmyerlimiz sonda söyləyib ki, Montoneqroya gələn hər bir şəxs kimliyindən asılı olmayaraq, yerli qanunlara hörmət etməlidir:

“Yalan deməyəcəm, burada özünü yaxşı aparmayan azərbaycanlılar və türklər var. Pis insan hər yerdə olur. Mən şəxsən düşünürəm ki, əgər biz Montoneqroya işləməyə və ya gəzməyə gəlmişiksə, yerli əhalinin adətlərinə, qanunlarına hörmət etməliyik. Yerli əhali bizdən çox vaxt razı qalıb. Rus dilini bilənlər üçün yerli dili az-çox başa düşmək olur. İngilis dilin varsa, ümumiyyətlə çətinliyin olmur”.

Xatırladaq ki, 28 oktyabr tarixində Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin Türkiyə vətəndaşı tərəfindən bıçaqlanmasından sonra polis aralarında azərbaycanlıların çoxluq təşkil etdiyi 45 nəfəri saxlayıb. Məlumata görə, hazırda yerli əhali başda türklər olmaqla, ölkədə yaşayan miqrantlara qarşı genişmiqyaslı aksiyalar keçirir. Həbs olunanlar arasında neçə nəfər Azərbaycan vətəndaşının olduğu dəqiq məlum deyil.

Xəbər 733 dəfə oxunub.




31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...


BÜTÜN XƏBƏRLƏR +