Rusiyadan səfirliyimizin vurulması ilə bağlı açıqlama
Ağır yol qəzası: Ölənlər var
4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb
Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bakıda at ətini mal əti adı ilə satmaq istədilər
Minimum əmək haqqının vergidən azad edilməsi... - Deputat
Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib


26.05.2023  14:56 

Doğurdanmı, Azərbaycanda özəl pensiya fondları yaradıla bilər?





A+  A-

Azərbaycanda özəl pensiya fondlarının yaradılması çətin deyil. Lazımi normativ hüquqi sənəd layihələri hazırlanır, müvafiq prosedurlar icra edilir və fond yaradılır. Burda çətin heç nə yoxdur.

Amma çətin olan bu fondun özünü doğrultmasıdır. Ona görə də 10 ilə çatır ki, müxtəlif vaxtlarda gündəmə gəlir və bir az sonra mövzu donur.

Çünki, bu fondun uğurlu fəaliyyəti üçün tam başqa iqtisadi şərait lazımdır. Hansı ölkələrdə (məsələn, B.Britaniya, Almaniya və s) belə iqtisadi şərait üstündürsə, orada bu fondlar uğurla fəaliyyət göstərir.

Bunun çox sadə izahı var. əgər ölkədə açılan müəssisələr bir neçə il sonra bağlanmırsa, investisiyaların ROİ indeksi yuxarıdırsa –investora ciddi gəlir gətirirsə, əlində pul olub iqtisadiyyata pul yatırmaq istəyən investorların və ya digər fondların investisiya həcmləri iqtisadiyyatın tələb etdiyi investisiya həcmlərini ödəməkdə çətinliklə çəkirsə, o zaman özəl pensiya fondu yaradılıb doğru idarə edilərsə böyük uğur qazana bilər. Yalnız vətəndaş bu halda öz əllərilə bu gün fonda qoyduğu pulu 40-45 il sonra faizlə bərabər problemsiz şəkildə pensiya kimi alacağına əmin olar.

Hesab edirəm ki, bir az da gözləyək. Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi prosesinin nəticələri özəl pensiya fondunun özünü necə aparacağı ilə bağlı bir sıra suallara cavab tapmağa kömək edəcək. Əgər sərbəst vəsaitlər dövlət fonduna gəlir gətirərsə və davamlı müsbət dinamika izlənərsə o zaman özəl pensiya fondları haqqında daha ürəklə danışmaq olar.

Eldəniz Əmirov
İqtisadçı



Xəbər 3381 dəfə oxunub.




21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +