MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


20.11.2025  16:56 

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı





A+  A-

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Xəbər 234 dəfə oxunub.



19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +