Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır
2 milyon 464 min manat rüşvət almışdı...
MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir


24.04.2021  10:46 

Rusiya bu ölkə ilə aviareysləri 5 ildən sonra bərpa edir





A+  A-

Rusiya ilə Misir arasında hava əlaqəsi 5,5 ildən sonra bərpa olunur.
XəzərNews.az xəbər verir ki, Rusiya dövlət başçısı Vladimir Putin Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı uçuşların bərpası ilə bağlı razılığa gəlib.

Misirin Şarm əş-Şeyx və Hurqada hava limanlarından uçuşların təşkil edilməsinə qərar verilib. Liderlər bu addımın iki ölkə arasındakı münasibətləri daha da yaxşılaşdıracağına əmin olduqlarını dilə gətiriblər.

Qeyd edək ki, 31 oktyabr 2015-ci ildə Sina yarımadasında Sankt-Peterburq-Şarm əş-Şeyx ekspedisiyasında 224 sərnişini daşıyan Rusiya təyyarəsinin qəzaya uğraması münasibətləri gərginləşdirib və iki ölkə arasındakı uçuşlar dayandırılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti hadisəni terror hücumu kimi tanıyıb. O zamanlar Kreml uçuşlara qadağanın hava trafikinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunana qədər tətbiq olunacağını açıqlayıb.

Xəbər 3307 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +