“Sülh” yoxsa “barışıq”?
Azərbaycan 6 ölkə ilə vizanı ləğv edir
Şimal-qərb küləyi əsəcək - HAVA
İcra başçısı köməkçisini də Bakıya gətirdi
Samirə Əfəndi təhqirlərə cavab verdi
ABŞ Ukraynaya silah satışını dayandırır
H5N5 quş qripi virusuna yoluxan xəstə öldü
Milli Məclisin növbəti plenar iclası başlayıb
Bakıda ana yeni doğulan uşağını dənizə atıb
Moskvada tələbə iki nəfəri yaraladı – Əslən azərbaycanlıdır – FOTO


24.11.2025  18:55 

Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi





A+  A-

Fövqəladə Hallar Nazirliyi (FHN) Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı və eyni zamanda millət vəkili Əliabbas Salahzadənin həyat yoldaşı olan Xatirə Salahzadənin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba prospekti, giriş 258A ünvanında inşa olunan obyektin istismarına icazə verib.

Tikinti sahəsi 77,8 kvadratmetr olan iaşə obyekti 1 mərtəbədən ibarətdir.

Qeyd edək ki, FHN qeyri-yaşayış binasına 30 oktyabr 2025-ci il tarixli, 09829 nömrəli istismara hazırlıq rəyi verib.

Onu da bildirək ki, FHN eyni zamanda Allahşükür Paşazadənin nəvəsi – Əliabbas və Xatirə Salahzadələrin övladı, 2002-ci il təvəllüdlü Həsən Salahzadəyə məxsus obyektin istismarına icazə verib. Həsən Salahzadəyə məxsus obyekt Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi, giriş 177 ünvanında yerləşir. FHN bu obyektə 10 oktyabr 2025-ci il tarixli, 09532 nömrəli istismara hazırlıq rəyi verib. İki mərtəbəli, terraslı obyektin tikinti sahəsi 274,84 kvadratmetr təşkil edir./Yeniavaz.com

Xəbər 1132 dəfə oxunub.




25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib


BÜTÜN XƏBƏRLƏR +