Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?
Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır
Rus ordusunda intiharlar davam edir
Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü
“Azərişıq“ yoxlamalara başladı


20.07.2019  15:12 

Meşədə çətənə əkdi, tutuldu





A+  A-

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Qusar RPŞ-ninəməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Zeyxur kənd sakini 58 yaşlı Yüzbəy Kiçibəyov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kəndin yaxınlığında olan meşəlik əraziyə keçirilən baxış zamanı, oradan Y.Kiçibəyov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş hündürlüyü 82-124 sm olan 15 ədəd çətənə kolu(kannabis) aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktlabağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Xəbər 2960 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +