Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


26.11.2025  15:33 

ABŞ-da Uitkoff qalmaqalı: İstefaya göndəriləcəkmi?





A+  A-

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ətrafında yaranmış qalmaqal Vaşinqtonun siyasi gündəmini qarışdırıb. Bloomberg-in dərc etdiyi səs yazıları və stenoqramlar Uitkoffun Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Yuri Uşakovla apardığı danışıqları üzə çıxarıb və bu, onun postunun sual altına düşməsinə səbəb olub.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, mübahisə Uitkoffun Uşakovla mümkün Tramp–Putin telefon danışığını necə daha sərfəli şəkildə təşkil etmək barədə fikir mübadiləsi apardığının üzə çıxmasından sonra dərinləşib. Sızan məlumatlarda Uitkoffun rus diplomatına Trampı razı salmaq üçün “onu tərifləməyi” tövsiyə etdiyi qeyd olunur.

Respublikaçı konqresmen Don Bekon məsələni “ABŞ üçün ciddi təhlükə” adlandıraraq Uitkoffun dərhal vəzifədən uzaqlaşdırılmasını tələb edib. Bekon bildirib ki, Uitkoff “tamamilə Rusiyanın tərəfindədir” və “ona etibar etmək olmaz”. Konqresmen sərt tonda əlavə edib: “Ödənişli rus agenti ondan daha pis iş görə bilərmi? Onu işdən çıxarmaq lazımdır”.

Respublikaçı Brian Fitzpatrick və demokrat Ted Lieu da qalmaqalı “ciddi milli təhlükəsizlik məsələsi” kimi qiymətləndirib və Uitkoffu ABŞ maraqlarına zidd mövqe tutmaqda ittiham ediblər.

The Telegraph yazır ki, Uitkoffun bu məsləhətləri danışıqlar prosesinə ciddi kölgə salır və “Moskvaya həddən artıq yaxınlıq” görüntüsü yaradır.

Sky News isə onu “Ukrayna və Avropa üçün riskləri artıran faydalı axmaq” adlandırır.

Media orqanları qeyd edir ki, normal siyasi şəraitdə belə fiqur “ümidsiz şəkildə ifşa olunmuş” sayılaraq dərhal istefaya göndərilərdi, lakin Tramp administrasiyasında qalmaqalların təsiri əvvəlki kimi güclü deyil.

Hazırda Ağ Ev Uitkoffla bağlı rəsmi qərar açıqlamayıb, lakin Vaşinqtonun siyasi dairələrində onun postunun böyük təhlükə altında olduğu bildirilir.

Qalmaqalın yaxın günlərdə daha da böyüyəcəyi gözlənilir.

Xəbər 648 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +