MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


02.11.2020  09:45 

Gürcüstan MSK səslərin 100%-ni hesablayıb





A+  A-

Gürcüstanda 3847 seçki məntəqəsindən toplanan bülletenlərin 100%-i hesablanıb.
XəzərNews.az bildirir ki, bu barədə “Sputnik Gürcüstan” xəbər verib.

Mərkəzi Seçki Komissiyasının saytındakı məlumata əsasən, parlamentdə yeddi partiya və iki blok yer alacaq.

Hazırkı hakim partiya “Gürcü arzusu – Demokratik Gürcüstan” 48,15% (926 959 səs) və keçmiş hakim “Birləşmiş Milli Hərəkat” partiyasının daxil olduğu müxalif “Güc birlikdədir” bloku 27,14% (522 463 səs) toplayıb.

Həmçinin 1%-lik baryeri aşağıdakı siyasi subyektlər aşıblar:

“Avropa Gürcüstanı” (David Bakradze) - 3,78% (72 752 səs);

“Lelo Gürcüstan üçün” (Mamuka Xazaradze) - 3,15% (60 691)

“Georgi Vaşadze – Aqmaşenebeli strategiyası” - 3,15% (60 592);

“Vətənpərvərlər İttifaqı” (İrma İnaşvili) - 3,14% (60 493);

“Qirçi” (Zurab Caparidze) – 2,89% (55 600);

“Vətəndaşlar” (Aleko Elisaşvili) - 1,33% (25 534);

Leyborist Partiyası (Şalva Natelaşvili) - 1% (19 281).

Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Nino Burjanadzenin “Vahid Gürcüstan”ı (0,85%, 16 328 səs) da daxil olmaqla digər partiyalar 1% -lik baryeri aşmayıblar.

Xəbər 3727 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +