MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


20.11.2025  16:47 

Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir





A+  A-

Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir. Mediada ona bağışlanan villalarla bağlı yeni məlumatlar yayılıb.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı dəqiqləşdirilir.

Məlumata əsasən, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib. İddialara görə, Ramiz Mehdiyevə "hörmət" göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və digər vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmayacağı onlara bildirilib.

Əvəzində bu məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırıqları ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir.

Xəbər 483 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +