“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


03.05.2021  10:37 

Qonşusunu öldürən molla QMİ üzvü deyil





A+  A-

Lerikdə əxlaqsız təklifinə razılıq verməyən qadını öldürən molla həbs edilib.
XəzərNews.az xəbər verir ki, rayonun Barzavu kənd sakini, molla kimi tanınan 57 yaşlı Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı deyil. O, sadəcə kənddə namaz qılan, kənd camaatının ödənişi ilə Yasin surəsi, Quran oxuyan şəxs olub.

M. Əsgərov evlidir, bir qızı ailə həyatı qurub, oğlu isə Bakıda işləyir. M.Əsgərov arvadı və digər qızı ilə Z.Fərziyevanın qonşuluğunda yaşayırmış.

Murad Əsgərov cinayəti etiraf edib və hadisə yerinə gətirilərək videoçəkilişlə qətli necə törətdiyini danışıb.

Qətlin üstü açıldıqdan sonra M.Əsgərov həbs edilib, onun arvadı və qızı başqa kəndə, arvadının atasının evinə köçüb.

Xatırladaq ki, Murad Əsgərov 40 yaşlı Zəkifə Fərziyevanın tək olmasından istifadə edərək onların evinə girib. M.Əsgərov uzun illərdir həyat yoldaşı Rusiyada yaşayan qadınla cinsi əlaqədə olmaq istəyib. Lakin Zəkifə Fərziyeva etiraz edərək qışqırıb, bu zaman Murad Əsgərov onu vuraraq yerə yıxıb, daha sonra boğaz nahiyəsindən 7 bıçaq zərbəsi endirib. Öldüyünə əmin olmaq üçün isə sonradan boğazını kəsib.

Hadisə vaxtı Z.Fərziyevanın onunla birgə yaşayan oğlu meşəyə odun gətirməyə gedibmiş. Digər oğlu isə hazırda hərbi xidmətdədir. Qadının üçüncü oğlu Bakıda işləyir.

Xəbər 2693 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +