Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


10.12.2019  08:56 

”Çağırış gəlsə, Liviyaya əsgər göndərəcəyik” - Ərdoğan





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin xüsusi buraxılışında qonaq olub.
XəzərNews.az xəbər verir ki, Ərdoğan çıxışında bir sıra məsələlərə toxunub. Onun sözlərinə görə, Yunanıstan, Misir, İsrail və Cənubi Kipr Rum rəhbərliyi Türkiyənin razılığı olmadan təbii qaz xətti çəkə bilməzlər. “Biz bu memorandumu Liviya hökuməti ilə imzaladıq. Bununla da Şərqi Aralıq dənizindəki yurisdiksiyamızı maksimum dərəcədə artırdıq. Bu da Misir, İsrail və Rum rəhbərliyini ciddi narahat etdi”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti əlavə edib ki, Liviya hökuməti hərbi yardım çağırışı edərsə, türk əsgəri bölgəyə göndərilə bilər:

“Liviya istəsə, Türkiyə özü buna qərar verəcək. Heç kimdən icazə almayacağıq. Türkiyədən kənar əsgər göndərilməsi baxımından atılmalı addımlarımız var. Liviyaya hər cür dəstəyi verməyə hazırıq.

Vladimir Putinlə gələn ayın 8-də Türkiyədə görüşüm olacaq. Əvvəlcə bu görüşümüzü edək. Çünki Həftar (Xəlifə Həftar - Liviya Milli Ordusunun komandiri – red.) mövzusunun Rusiya ilə münasibətlərimizdə ikinci bir Suriya məsələsinə çevrilməsini istəmirəm. Yanvardakı görüşümüz ayrıdır. “TürkAxım” layihəsinin açılışını edəcəyik. Liviya və Həftar mövzusunu isə Putinlə telefonda danışacam”.

Xəbər 1507 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +