Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


06.12.2019  09:25 

Keçmiş DİN nazirinə 15 illik həbs cəzası





A+  A-

Türkmənistanın keçmiş Daxili İşlər naziri İsgəndər Mulikov və Miqrasiya Xidmətinin keçmiş başçısı Meylis Nobatov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Xronika Turkmenistana” nəşri öz mənbələrinə istinadən xəbər verib.

“Fergananews” yazır ki, dekabrın 3-də günahlarını etiraf edən Mulikov və Nobatovu canlı efirdə göstəriblər. Lakin onların həbs müddəti barədə məlumat verilməyib.

“Xroniki Turkmenistana”nın mənbələrinin sözlərinə görə, hökm noyabrın 29-da çıxarılıb. Həmin vaxt Mulikov və Nobatov artıq Ovadan depe həbsxanasında idilər, harada ki, onları televiziya üçün çəkirdilər. Məhkəmə iclası qiyabi şəkildə keçirilib. Mənbələr öyrənib ki, işin materiallarına əsasən, Mulikovun Gülşat adlı ikinci həyat yoldaşı olub və o, ona Sankt-Peterburqda üç otaqlı mənzil alıb. Gülşatın Rusiya banklarının birindəki hesabında böyük məbləğdə pul olub. Nobatovun isə Bibidcamal adlı ikinci həyat yoldaşı olub. Nobatov ona Aşqabadda dörd otaqlı mənzil və “Mercedes-Benz” avtomobili alıb, eləcə də ona pul və zinyət əşyaları bağışlayıb. Bibidcamalın qohumları Hindistanda qızıl qaçaqmalçılığına görə saxlanılıb.

Xatırladaq ki, oktyabrın əvvəlində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Daxili İşlər naziri, general-leytenant İsgəndər Mulikovu vəzifəsindən azad etmişdi. Prezident nazirin rütbəsini azaldaraq onu polis mayoru etmiş, onun bütün dövlət mükafatları geri almışdı. Berdiməhəmmədov onu işində çatışmazlıqlar, vəzifəsindən sui-istifadə halları olduğu və səlahiyyətlərini kobud şəkildə aşdığı üçün işdən çıxardığını bildirmişdi.



Xəbər 1681 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +