“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


24.07.2018  09:27 

151 dövlət əmlakı özəlləşdiriləcək





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 21-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, budəfəki hərraca 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 86-sı kiçik dövlət müəssisəsi, 33-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.

Pambıqçılıq, quşçuluq, təmir-tikinti, nəqliyyat və digər iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri paytaxtla bərabər Saatlı, Beyləqan, Goranbay kimi rayonlarda yerləşir. Belə dövlət əmlaklarına “İsmayıllı Təmir Tikinti”, “Salyan broyler”, “Sabirabad Təmir-tikinti”, “Biləsuvar Broyler” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Bu hərracda da investorlar üçün müxtəlif növ biznes ideyalarının reallaşmasına imkan verə biləcək kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanı yaradılıb. Məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olan bu əmlaklardan biri də ümumi faydalı sahəsi 339 kv.m olan Əmlak kompleksidir. Qax rayonu, Əmbərçay kəndində yerləşən bu obyekt torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. İlkin qiyməti 75 min manat təyin olunmuş əmlak investora müxtəlif xidmət sahələrində yüksək gəlir gətirə bilər. Alıcıların geniş ticarət planlarını reallaşdıracaq çoxsaylı mağazalar da budəfəki hərraca çıxarılıb. Onlardan biri də Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsində yerləşən ümumi faydalı sahəsi 398 kv.m olan 7 saylı mağazadır.

Hərraca çıxarılan ictimai iaşə və məişət xidmətləri göstərə biləcək qeyri-yaşayış sahələri yerləşdiyi ərazi, ümumi faydalı sahəsi və təyin olunan ilkin qiymətinə görə müxtəlifdir. Belə ki, onlardan 24-ü Bakıda, 8-i Sumqayıtda, 1-i isə Xızıda yerləşir. Bu qeyri yaşayış sahələrinin ümumi faydalı sahəsi 14 kv.m ilə 1612 kv.m, təyin olunan ilkin qiymət isə 2 min 500 manat və 1 milyon 500 min manat aralığındadır.

Özəlləşdirilməyə çıxarılan müxtəlif ölkələrdə istehsal olunan nəqliyyat vasitələrinin buraxılış tarixi 1994-2008 illəri əhatə edir. Bu avtomobillər “Hyundai”, “Mercedes”, “Fiat”, BMW və digər məşhur markalara aiddir.

Xəbər 1999 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +