Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


11.02.2019  16:09 

Bakının mərkəzində silahlı şəxs saxlanıldı





A+  A-

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini əvvəllər Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, təkrar törədildikdə) 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.1-ci( qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə məhkum olunmuş paytaxt sakini Zaur Stumbin özünü şübhəli apardığı üçün polislər tərəfindən saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Naqan” markalı silah və həmin silaha məxsus 9 ədəd 7.62 kalibrli patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 9-cu Polis Bölməsində Z.Stumbin barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Xəbər 3128 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +