Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


27.11.2025  14:39 

ƏDV QALMAQALI BÖYÜYÜR: “AVANT QRUP“ ALICILARIN SƏRT İTTİHAMLARI İLƏ ÜZ-ÜZƏ





A+  A-

Son aylarda “Avant Park”dan mənzil alan 400-ə qədər sakin “Avant Qrup” MTK haqqında ciddi və davamlı şikayətlər səsləndirir. Şikayətçilər bildirirlər ki, şirkət həm ƏDV prosesi, həm də ödəniş mexanizmləri ilə bağlı onlara yanlış məlumat verərək qəsdən aldadıb. Şikayətlər bir neçə əsas istiqamətdədir: artıq məsələ təkcə vergi və prosedur problemlərindən çıxaraq birbaşa MTK-nın məsuliyyətsizliyi və manipulyasiyası səviyyəsinə yüksəlib.

Bir çox alıcı qeyd edir ki, mənzili alarkən ƏDV qaydaları və geri dönüş prosesi barədə “Avant Qrup” tərəfindən düzgün məlumat verilməyib.

2022-ci ildə mənzil alan bir alıcı deyir:

“Satış şöbəsi mənə bildirdi ki, hələ sistem yoxdur, bilmirik, məlumat olsa xəbər verəcəyik. Heç bir məlumat verilmədi. Faktiki olaraq Avant məni aldadıb”.

Digər bir vətəndaş isə qeyd edir ki, o, ƏDV məbləğini birdəfəlik depozit kimi ödəmək istəyib, amma MTK buna icazə verməyib:

“Birmənalı şəkildə dedilər ki, olmaz. Sonra problem olacaq, borclu qalacaqsınız. Sonradan məlum oldu ki, bu tam yanlış yönləndirmə imiş”.

Vətəndaşların fikrincə, “Avant Qrup” yalnız ƏDV məsələsində deyil, ümumilikdə təhvil-təslim prosesində də məsuliyyətsiz və qeyri-şəffaf davranıb. Lakin “Avant Qrup” məsuliyyəti ya vergi orqanlarına, ya da digər qurumlara yönləndirir, lakin əslində problem məhz MTK-nın yanlış məlumatlandırmasından doğub. Bu iddialar ictimailəşdikcə şikayətçilər də çoxalır. Şikayətçilərin ümumi yanaşması kəskin və açıqdır.

Aldadılan alıcının biri belə deyir:

“Onsuz da Avant hamını aldadıb. Jurnalist də, vəkil də, hamı deyir ki, günah Avantın günahıdır”.

Başqa bir alıcı isə vurğulayır:

“Məni şəxsən “Avant Qrup” aldadıb”.



Bu fikirlərdən görünür ki, şikayətlər tək-tək fərdlərin narazılığı yox, artıq kütləvi narazılıq forması alıb.

Şikayətçilər hesab edir ki, hazırda prioritet məsələ vergi, qaz, FHN və digər qurumlar deyil. Onların fikrincə, əsas problem “Avant Qrup”un alıcıları sistemli şəkildə yanlış yönləndirməsi və məlumatsız buraxmasıdır.

Bir alıcı mövqeyini belə ifadə edib:

“Bizim problem “Avant Qrup”dur. Qüsurları tam şəkildə üzə çıxarmalıyıq”.

Şikayətlərdən də görünür ki, “Avant Qrup” MTK-nın alıcıları qəsdən aldadaraq həm maddi, həm də mənəvi zərərə uğradıb. ƏDV məlumatlarının gizlədilməsi, təhlükəsizlik qüsurları, natamamlıqlar, yanlış yönləndirmələr və cavabsız suallar vətəndaşların narazılığını daha da dərinləşdirib.

Vətəndaşlar hesab edir ki, problemin kökü məhz MTK-nın davranışındadır və məsələ ictimai müstəviyə çıxarılmalı, bütün qüsurlar tam şəkildə ifşa olunmalıdır. Bu məsələ geniş ictimai maraq doğurduğundan, yaxın günlərdə narazı sakinlərin daha fərqli addım atacaqları bildirilir.

Qeyd edək ki, MTK 07.05.2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 100 min manat olan şirkətin direktorlar şurasının sədri Əli Hüseynovdur. MTK 2020-2022-ci illərdə 2 dəfə adını dəyişdirib. 2020-ci ilin dekabr ayına qədər MTK-nın adı "Güvən", 2021-ci ilin oktyabr ayına qədər isə "Beynəlxalq İnkişaf Qrupu" olub.

N.Oruclu

Xəbər 1055 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +