Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


16.05.2018  09:45 

Azərbaycan dərman ixrac edəcək





A+  A-

Azərbaycanda istehsal olunacaq əczaçılıq məhsullarının “Made in Azerbaijan” brendi altında Türkiyə, İran, Ukrayna, Gürcüstan və MDB ölkələrinə ixrac olunması planlaşdırılır.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılan və əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında 3 rezident - Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” MMC, Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” QSC və “Diamed Co” MMC qeydiyyata alınıb.

Rusiya və İranla birgə yaradılacaq zavodlarda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri, “Diamed Co” MMC tərəfindən yaradılan zavodda isə birdəfəlik şprislər istehsal ediləcək.

Nazirlikdən bildirilib ki, 2018-ci ilin sonunda Azərbaycan və Rusiya birgə müəssisəsində qablaşdırma xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, 2017-ci ildə “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Ukraynanın “İndar” şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılmasına dair imzalanmış Anlaşma Memorandumuna əsasən, “İndar” şirkəti Sənaye Parkında beynəlxalq standartlara uyğun infuziya və inyeksiya məhsulları istehsal edəcək. Ümumilikdə, Pirallahı Sənaye Parkının hazırki rezidentləri tərəfindən sənaye parkında 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə də danışıqlar aparılır.

Xəbər 3435 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +